30-11-2025, 10:48 464

Deputat:

"Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsələr də, onların uzun illər ərzində formalaşdırdıqları siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət edən və bir-birini tamamlayan strategiyalar üzərində qurulub".

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Ramiz Mehdiyev uzun illər siyasi sistem daxilində özünəməxsus "paralel" idarəçilik mexanizmi yaratmağa çalışıb:

"O, siyasi prosesləri idarə etmək iddiasında olub və heç kimə sirr deyil ki, müxtəlif üsullardan istifadə etməklə qərarverici strukturlar üzərində nəzarət qurmağa cəhd göstərib. Digər tərəfdən, Əli Kərimli daim institusional siyasi prosesdən kənarda qalaraq radikal ritorika və kütləvi təzyiq taktikasına üstünlük verən xətti ilə tanınıb. Bu iki paralel siyasi xətt əslində strateji səviyyədə bir-birini tamamlayan davranış modelləri ortaya qoyur: hakimiyyətə təsir göstərmək iddiası, siyasi institutlar deyil, şəxsi nüfuz amillərini önə çəkmək, daxili sabitliyi pozmağa yönəlmiş davamlı gərginlik mühiti yaratmaq və xarici regional proseslərdən daxili siyasi təzyiq vasitəsi kimi istifadə etmək. Bu oxşarlıqlar onların fəaliyyətində təsadüfi paralellər deyil, sistemli şəkildə uzlaşan eyni siyasi xəttin nəticəsidir.

Bu mənzərəni göstərən ən sadə nümunələrdən biri Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə AXCP-nin mitinq fəaliyyətinə yaradılan süni "imkan pəncərələri", ictimai rezonansın şişirdilməsi və mitinq iştirakçıları ilə bağlı saxta statistik məlumatların təqdim olunmasıdır".

Deputat əlavə edib ki, vaxtilə gündəmə gətirilən "Qafqaz baharı", Rusiyada yaradılan "Milyarderlər İttifaqı", "Ziyalılar Forumu", "Milli Şura" layihəsi və digər uğursuz təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən antimilli əməkdaşlıq mexanizmlərinin və xəyanətin dayandığını göstərir:

"Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir. Hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir; regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin postkonflikt mərhələsinə keçməsi fonunda Moskvanın bölgədə təsir dairələrini bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal edilir.

Belə şəraitdə, radikal mövqeləri və qeyri-institusional davranış ənənələri ilə tanınan yerli antimilli siyasi aktorların, Rusiyada yaşayan azərbaycanlıların və bəzi diaspora nümayəndələrinin bu prosesdə alətə çevrilməsi real təhlükə kimi qiymətləndirilməlidir. Açıq şəkildə demək lazımdır ki, Ramiz Mehdiyev-Əli Kərimli xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsirlər tərəfindən yönləndirilməsi artıq təkcə siyasi müzakirə mövzusu deyil, bu, dövlət təhlükəsizliyi məsələsidir. Ümid edirik ki, Azərbaycan dövlətinə qarşı xəyanətə cəlb olunan dairənin - o cümlədən Ramiz Mehdiyevə gizli dəstək verən, qapalı şəkildə rəğbət bildirən, xarici dövlətlərin tapşırıqlarını icra etməyə hazır olan və barələrində ciddi kompromat məlumatları mövcud olan şəxslərin kimliyi yaxın zamanda müəyyən ediləcək və onların barəsində hüquqi tədbirlər görüləcək.

Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı çıxan ölkə daxilindəki bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tam legitimdir və həyati əhəmiyyət daşıyır".

Paylaş

Xəbər lenti

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Bu gün, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Bu gün, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Bu gün, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Bu gün, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Bu gün, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Bu gün, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Bu gün, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Bu gün, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Bu gün, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Bu gün, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Bu gün, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Bu gün, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Bu gün, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Bu gün, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Bu gün, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Bu gün, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Bu gün, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Bu gün, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Bu gün, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Bu gün, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Bu gün, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Bu gün, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Bu gün, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Bu gün, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Bu gün, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Bu gün, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Bu gün, 17:48 Toydan gələrkən qəzaya düşdü Bu gün, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Bu gün, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Bu gün, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Bu gün, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Bu gün, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR