26-04-2026, 16:48 215

Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb.

BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli dostlar,

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və "Gernika Qoqoratuz" Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır.

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq.

2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda Birgə Bəyannamə imzalanmışdır. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.

Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir.

Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Hörmətli dostlar,

"Sülh və Barışıq üçün Gernika mükafatı" yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Bu gün, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Bu gün, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Bu gün, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Bu gün, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Bu gün, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Bu gün, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Bu gün, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Bu gün, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Bu gün, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Bu gün, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Bu gün, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Bu gün, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Bu gün, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Bu gün, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Bu gün, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Bu gün, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Bu gün, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Bu gün, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Bu gün, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Bu gün, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Bu gün, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Bu gün, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır" Bu gün, 15:48 Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir Bu gün, 15:48 Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi? Bu gün, 15:48 Safura Əlizadənin İstanbuldakı evini su basdı Bu gün, 15:48 Lavrov Azərbaycana təşəkkür etdi Bu gün, 15:48 Saleh Səmədova hökm oxundu Bu gün, 15:48 İstanbulda güclü yağışlar səbəbindən 46 təyyarə başqa hava limanlarına yönləndirildi Bu gün, 15:48 Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi Bu gün, 14:48 Bakı bulvarında diqqətçəkən MƏNZƏRƏ Bu gün, 14:48 Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Bu gün, 14:48 Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR