22-05-2026, 08:48 260

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.

AVESTA.AZ xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

"Yuxular teatrı" ("The Theater of Dreams") adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları və yaradıcı baxışları bir araya gətirməsidir.

O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərin bir qismi Azərbaycan mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda, bəzi işlərdə xalça elementləri, digər əsərlərdə isə Azərbaycan motivləri və ölkəmizin adı əks olunub. Ronald Kompanoka əlavə edib ki, yaradıcılığında həm fantaziya, həm də sehrli sürrealizm elementləri yer alır. Bununla belə, o, əsərlərini daha çox realist və mistik üslubun sintezi kimi dəyərləndirir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, rəssamla artıq bir neçə ildir sərginin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılırdı və nəhayət bu layihəni reallaşdırmaq mümkün olub. O, bu müddət ərzində fəal yaradıcılıq fəaliyyəti göstərdiyinə və sərginin təşkilinə verdiyi dəstəyə görə rəssama təşəkkür edib.

Anar Ələkbərov, həmçinin bu cür layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Çıxış edən Ronald Kompanoka isə qeyd edib ki, sərgidə təqdim olunan iriölçülü əsərlər üzərində son bir il ərzində intensiv çalışıb. Onun sözlərinə görə, bu əsərlər detallara olan xüsusi həssaslığının, görünməyəni görünənə çevirmək istəyinin və daxili dünyasının bədii ifadəsinin nəticəsidir.

Qeyd olunub ki, ekspozisiyada nümayiş olunan əsərlərin ana xəttini zaman, səyahət və yuxular mövzusu təşkil edir. Sərgidə xatirələri qoruyan saatlar, buludlar yaradan gəmilər, Ay işığında hərəkət edən karvanlar və eyni mənzilə doğru can atan obrazlar xüsusi yer tutur.

Tədbir çərçivəsində Kompanokanın əsərlərindəki obrazları səciyyələndirən müxtəlif personajların iştirakı ilə bədii proqram da təqdim olunub.

Daha sonra qonaqlar "Yuxular teatrı" sərgisi ilə tanış olublar.

Xəyali aləmə aparan sərginin əsas personajlarını təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar və fantastik varlıqlar təşkil edir. Bu obrazlar tamaşaçını rəssamın daxili dünyasına doğru qeyri-adi səyahətə aparır.

Ronald Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi əsasında yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün incə tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Bu bədii yanaşmada İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi dünyaşöhrətli sənətkarların yaradıcılığına istinad olunur.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə ünsiyyət quran Ronald Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın müxtəlif ölkələrində nümayiş etdirilib.

Sərgi 2027-ci il martın 1-dək davam edəcək.

Paylaş

Xəbər lenti

Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Bu gün, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Bu gün, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Bu gün, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Bu gün, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Bu gün, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Bu gün, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Bu gün, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Bu gün, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Bu gün, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Bu gün, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Bu gün, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Bu gün, 14:48 Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib Bu gün, 14:48 Dekabr ayında neçə gün iş olmayacaq? Bu gün, 14:48 Sabahın hava ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 14:48 Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb Bu gün, 14:48 Azərbaycan XİN Polşaya başsağlığı verib Bu gün, 13:48 Həsən Həsənov Füzuli aeroportunun əməkdaşı imiş, İmişlidəki qəzada öldü Bu gün, 13:48 Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək Bu gün, 13:48 Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək Bu gün, 13:48 Məktəblərdə 7 gün dərs olmayacaq Bu gün, 12:48 Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir? Bu gün, 12:48 İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 12:48 Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA Bu gün, 12:48 Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib Bu gün, 12:48 SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək Bu gün, 12:48 Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb Bu gün, 12:48 Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb Bu gün, 11:48 Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" Bu gün, 11:48 Qazaxda yanan avtomobili belə söndürdülər - VİDEO Bu gün, 11:48 ABŞ İranın 9 milyard dollarını qaytarır? - Razılaşmanın ŞƏRTLƏRİ Bu gün, 11:48 Bulvarda ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib Bu gün, 11:48 SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq Bu gün, 11:48 Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir? Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 10:48 Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL Bu gün, 10:48 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü Bu gün, 10:48 Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib Bu gün, 09:48 Qubada avtomobil aşıb, ölən və yaralılar var Bu gün, 09:48 UFC rəhbəri Trampın vəzifə təklifini qəbul etməyib Bu gün, 09:48 Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR