
Xalq artisti Firəngiz Mütəllimova ötən gün vəfat edən həmkarı Kadir İnanırla bağlı paylaşım edib.
AVESTA.AZ xəbər verir ki, aktrisa sosial şəbəkədə onunla olan fotosunu paylaşaraq hüznlü və kədərli olduğunu ifadə edib.
Firəngiz Mütəllimova həmkarına Allahdan rəhmət diləyib və ailəsinə başsağlığı verib:
"Türk kinosunun əfsanəvi və dəyərli sənətkarı Kadir İnanırın vəfatı xəbərini eşitmək məni bütün sevənləri kimi çox kədərləndirdi. Gözəl qəlbli, Azərbaycanı ürəkdən sevən bu böyük sənətkara Allahdan rəhmət diləyirəm."
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.