
Bakı şəhərində kabel televiziyası və internet xidmətləri təklif edən "KATV1"də ("AG Telekom" MMC) ötən gün axşam saatlarından internetin olmaması abunəçilərin narazılığına səbəb olub.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, gecə saatlarından Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində internet təminatı kəsilib və bu gün də bərpa olunmayıb.
"Aylıq 25 manat pul ödəyirik, amma normal xidmət ala bilmirik - ya sürət vəd olunandan aşağı olur, ya da hansısa səbəbdən tez-tez internet kəsilir. Bu barədə vətəndaşa xəbərdarlıq edilmir", - deyə şikayətdə bildirilir.
Problemlə bağlı KATV1-lə əlaqə saxlamağa çalışsaq da, sorğumuza cavab verən olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.