10-07-2026, 09:48 219

Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Arif Həsrətovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Arif Həsrətov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Arif Həsrətov 2025-ci ilin iyun ayında, axşam saatlarında sərxoş vəziyyətdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən zərərçəkmiş Kamal Quliyevin (soyadı şərtidir) icarə əsasında fəaliyyət göstərən çayxanaya gəlib.

Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxs çayxanada olduğu müddətdə yüksək səslə nalayiq ifadələr işlədərək digər müştərilərin istirahətinə mane olub.

Həmin obyektdə olan şəxslər vəziyyətin gərginləşməsi səbəbindən zərərçəkmiş şəxsə məlumat veriblər. Kamal hadisə yerinə gələrək Arifdən nalayiq ifadələr işlətməməyi və çayxanadan getməsini tələb edib. Lakin bu irad təqsirləndirilən şəxsin narazılığına səbəb olub. Tərəflər əvvəlcə çayxananın içərisində mübahisə ediblər. Daha sonra onlar obyektdən çölə çıxaraq uzaqlaşıblar.

İttiham aktında qeyd olunub ki, Arif Kamalın ona irad bildirməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədib və xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi, istintaqla növü müəyyən edilməyən kiçik ölçülü bıçağı çıxarıb. O, qəfil hərəkətlə bıçaqla zərərçəkmişin sifət nahiyəsinə bir dəfə zərbə endirib.

Nəticədə Kamalın sağ qaşı, qaşarası, burun nahiyəsi, sol gözaltı, sol almacıq və sol yanaq hissəsini əhatə edən geniş kəsilmiş yara əmələ gəlib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsdə yaranmış çapıq zaman keçdikcə öz-özünə aradan qalxmayan, geridönməz xarakter daşıyan və yalnız kosmetik-cərrahi müdaxilə ilə aradan qaldırıla biləcək iz buraxıb. Ekspertiza həmin xəsarəti sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər kimi qiymətləndirib.

Arifin bu əməli xuliqanlıq niyyəti ilə, yəni cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək törədib. Məhkəmədə ifadə verən Arif Həsrətov ona elan olunmuş ittihamı qismən qəbul edib. O deyib ki, özünü yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edir.

Paylaş

Xəbər lenti

"TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA Dünən, 23:48 Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək Dünən, 23:48 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır Dünən, 23:48 Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü Dünən, 23:48 "Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib? Dünən, 23:48 Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək Dünən, 23:48 Azərbaycan ümumi dövlət xidmətləri xərclərini cüzi azaldır Dünən, 22:48 Azərbaycan səhiyyə xərclərini 3 % artırır Dünən, 22:48 Azərbaycan mədəniyyət xərclərini 2 % artırır Dünən, 22:48 Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir Dünən, 22:48 Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq? Dünən, 21:48 Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər Dünən, 21:48 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır Dünən, 21:48 Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb Dünən, 21:48 Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır Dünən, 21:48 Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır Dünən, 21:48 AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək Dünən, 20:48 Əli Nağıyev Qazaxıstana səfər edib Dünən, 20:48 BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb Dünən, 20:48 2027-ci ildə ABŞ dolları neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA Dünən, 20:48 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Dünən, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Dünən, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Dünən, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Dünən, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Dünən, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Dünən, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Dünən, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Dünən, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Dünən, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Dünən, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Dünən, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Dünən, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Dünən, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Dünən, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Dünən, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Dünən, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Dünən, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Dünən, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Dünən, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Dünən, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Dünən, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Dünən, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Dünən, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Dünən, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Dünən, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Dünən, 16:48 Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR