
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Deniz Baykalın həyat yoldaşı Olcay Baykal 88 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, Olcay Baykal bu gün səhər müalicə aldığı Antalyadakı Kepez Dövlət Xəstəxanasında vəfat edib.
Məlumata görə, mərhumun nəşi dəfn olunmaq üçün Ankaraya aparılıb. Onun cümə günü Dövlət Qəbiristanlığında həyat yoldaşı Deniz Baykalın yanında torpağa tapşırılması nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.