21-07-2026, 13:48 32

AFFA rəsmisi Edmond Klaus:

Azərbaycan futbolunun inkişafı üçün istedad və futbol sevgisi mövcuddur.

BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın yeni Texniki Direktoru Edmond Klaus assosiasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

O, təyinatından sonra ilk həftələrdəki əsas prioritetlərini açıqlayıb:

"Hazırda AFFA üçün əsas prioritet qarşıdakı mövsümdə gənclərdən ibarət milli komandaları hazırlayacaq baş məşqçilərin və texniki heyətin düzgün seçilməsi və təyin edilməsidir. Bu məqsədlə AFFA-nın rəsmi internet səhifəsində müvafiq vakansiyalar elan olunub. Ölkədə UEFA A və ya UEFA PRO kateqoriyalı məşqçilik lisenziyasına malik olan bütün məşqçilər bu vəzifələrə müraciət edə bilərlər. Qarşıdakı yol səbir, fədakarlıq və əməkdaşlıq tələb edir. İnanıram ki, Azərbaycan futbolunun əhəmiyyətli dərəcədə inkişafı üçün lazım olan insan potensialı, istedad və futbol sevgisi mövcuddur".

Karyerası ilə bağlı danışan funksioner müxtəlif ölkələrdə işlədiyini xatırladıb:

"56 yaşım var və artıq 35 ildən çoxdur ki, peşəkar səviyyədə kişi, eləcə də elit gənclər futbolu sahəsində fəaliyyət göstərirəm. Karyeram ərzində gənclər üzrə məşqçi, texniki koordinator, akademiya direktoru, qapıçılar üzrə məşqçi, skaut və baş məşqçi kimi müxtəlif vəzifələrdə çalışmışam. "Ayaks", "Ajax Cape Town" və "HFC Haarlem" kimi klublarda fəaliyyət göstərmişəm. Çin Futbol Assosiasiyasında (CFA) və Niderland Kral Futbol Assosiasiyasında (KNVB) da çalışmışam. Bu ölkələrin müxtəlif yaş qrupları üzrə milli komandalarında köməkçi məşqçi kimi fəaliyyət göstərmişəm. Bundan əlavə, Akademiya Direktorları Kursunun və qapıçılar üzrə PRO kateqoriyalı məşqçi kursunun proqramlarının hazırlanmasında iştirak etmiş, həmin kursların əsas təlimatçısı olmuşam. ABŞ-də fəaliyyət göstərən "Double Pass" şirkətində məsləhətçi kimi çalışaraq, əsasən MLS akademiyaları ilə əməkdaşlıq etmişəm".

O, əsas təhsilini Amsterdam İdman Universitetində aldığını vurğulayıb:

"Bədən tərbiyəsi müəllimliyi ixtisasına yiyələnmiş və idman menecmenti üzrə ixtisaslaşmışam. 23 ildən çox "Ayaks"da həm futbolçu, həm də əməkdaş kimi fəaliyyət göstərməyim peşəkar inkişafımın əsasını formalaşdırıb. Ötən illər ərzində qazandığım bilik və təcrübəni Azərbaycan futbolunda çalışan insanlarla bölüşmək imkanına malik olduğum üçün böyük məmnunluq hissi keçirirəm".

Edmond Klaus AFFA tərəfindən qarşısına qoyulan məqsəd və vəzifələrdən söz açıb:

"İlk növbədə qeyd etmək istəyirəm ki, AFFA tərəfindən yeni Texniki Direktor vəzifəsinə təyin olunmağımı və Azərbaycan futbolunun inkişafı istiqamətində həyata keçiriləcək bu genişmiqyaslı layihəyə rəhbərlik etmək üçün mənə etimad göstərilməsini böyük şərəf hesab edirəm. Qarşıdakı üç il ərzində əsas məqsədimiz Azərbaycan futbolunun dayanıqlı inkişafını təmin etmək, gənclərdən ibarət milli komandaların nəticələrini yaxşılaşdırmaq və onların daha uğurlu çıxış etmələrinə nail olmaqdır".

Mütəxəssis AFFA rəhbərliyinə təşəkkür edib:

"Mənə bu mühüm vəzifəni etibar etdiklərinə görə AFFA prezidenti cənab Rövşən Nəcəfə, İcraiyyə Komitəsinin üzvlərinə, baş katib cənab Cahangir Fərəcullayevə və onun müavinlərinə təşəkkürümü bildirirəm. FIFA-nın rəsmi internet səhifəsində AFFA prezidentinin gənclərin inkişafına, futbol akademiyalarına və kütləvi futbola investisiya qoyuluşunun vacibliyi barədə fikirlərini oxumaq məni çox sevindirdi. O qeyd edirdi ki, diqqətimizi yalnız nəticələrə yönəltməməli, Azərbaycan futbolunun inkişafına daha geniş prizmadan yanaşmalı, eyni zamanda azarkeşləri komandalarımızı dəstəkləməyə və stadionlara gəlməyə təşviq etməliyik. Qarşıma qoyduğum əsas məqsədlərdən biri uzun fasilədən sonra yaxın gələcəkdə oğlanlardan ibarət gənclər milli komandaların UEFA turnirlərinin A Liqasında mübarizə aparmaları və beynəlxalq arenada daha rəqabətədavamlı olmalarıdır. Həm toplanışlar zamanı, həm də toplanışlardan kənarda millinin bütün futbolçuları üçün fərdi inkişaf proqramlarının hazırlanması, oğlan və qızlardan ibarət millilərin vahid futbol fəlsəfəsinə əsaslanan cəlbedici oyun üslubunda çıxış etmələri, akademiyaların qiymətləndirilməsi, istedadların müəyyənləşdirilməsi sisteminin yaradılması, texniki fəaliyyətlə məşğul olan AFFA departamentləri arasında daha sıx əməkdaşlığın və səmərəli iş prinsipinin formalaşdırılması prioritetlərimizdir".

O bildirib ki, ölkədə futbolun ümumi inkişafı bütün peşəkar klublar, akademiyalar, AFFA, maraqlı tərəflər, xüsusilə də, futbolçular üçün faydalı olacaq:

"Əlbəttə ki, oyunçular arzularını həyata keçirmək, həm futbolda, həm də həyatda böyük uğurlar qazanmaq istəyirlər. Hər şey aydın dəyərlərin, missiyanın, baxışın və ambisiyanın müəyyən edilməsindən başlayır. Bu prinsiplər Azərbaycan futbolunun bütün iştirakçılarına çatdırılmalıdır. Yalnız bundan sonra futbol fəlsəfəsini formalaşdırmaq mümkündür. Bu fəlsəfə oyun dəyərləri, oyun üslubu, oyun prinsipləri və taktiki sxemlərdən ibarət deyil. Bura futbolçuların necə məşq etdirilməsi, necə istiqamətləndirilməsi, inkişaf etmələri üçün hansı mühitin yaradılması və nəhayət, azərbaycanlı uşaqların ən səmərəli öyrənmə üsullarına dair ümumi baxışımız da daxildir. Bu fəlsəfə klublarda, futbol məktəblərində, futbol layihələrində, məşqçi təhsilində, assosiasiyada və milli komandalarda görülən bütün işlərin başlanğıc nöqtəsidir. Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın üzərinə düşən məsuliyyət deyil. Bu, ölkə üzrə hamının paylaşdığı ümumi məsuliyyətdir. İnkişaf istəyən hər kəs öz töhfəsini verməlidir ki, mərhələli şəkildə bütün səviyyələrdə rəqabət apara bilən və xalqın, eləcə də ölkə rəhbərliyinin qürur duyacağı nüfuzlu futbol ölkəsinə çevrilsin. Məhz buna görə də gələcəkdə qarşılıqlı əməkdaşlığı gücləndirmək məqsədilə akademiyalar və klublarla sıx əlaqələr qurmağa, onlara dəstək göstərməyə, birlikdə inkişaf etməyə vaxt və səy sərf etməyi planlaşdırıram".

Direktor məqsədlərə nail olmaq üçün hansı iş metodundan istifadə edəcəklərini də açıqlayıb:

"Küçə futbolundan kütləvi futbola, elit futbolun inkişafından gənclər akademiyalarına, yarış sistemlərindən infrastrukturun idarə olunmasına, məşqçi təhsilindən klub idarəçiliyinə, istedadların müəyyənləşdirilməsindən kişi və qadın milli komandalarına qədər futbol infrastrukturunun bütün istiqamətlərinə təsir göstərə bilmək üçün öz effektivliyini sübut etmiş FAD metodologiyasından istifadə edirəm. Bu metod 8 əsas uğur amili üzərində qurulub. İlk addım mövcud vəziyyətin təhlil edilməsi, Azərbaycanın futbol mədəniyyəti, futbol infrastrukturu və AFFA-nın departamentləri ilə yaxından tanış olmaqdır. AFFA-da artıq yaxşı təşkil olunmuş və strukturlaşdırılmış idarəetmə sisteminin mövcud olduğunu görmək məni sevindirdi. Əsas vəzifələrimdən biri texniki fəaliyyətlə məşğul olan bütün departamentlərin işini əlaqələndirmək, onların fəaliyyətini daha da peşəkarlaşdırmaq və layihələrinin icrasını təkmilləşdirməkdir. Qeyd etdiyim kimi, gələcək əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə ölkənin peşəkar klublarının gənclər akademiyalarını ziyarət etməyi planlaşdırıram. Milli komandalara futbolçu axını məhz həmin akademiyalarda həyata keçirilən hazırlıq və inkişaf prosesindən asılıdır. Akademiyalar milli komandalar üçün vacib istedad mənbəyidir".

Niderlandlı mütəxəssis futbolçu bazasını daha da genişləndirməyin vacibliyini qeyd edib:

"Bu baxımdan kütləvi futbol, məktəb futbolu layihələri və elit küçə futbolu proqramları xüsusi əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə hazırda klubların və akademiyaların diqqətindən kənarda qalan istedadlı futbolçuları müəyyən etmək mümkündür. Azərbaycan heç bir istedadlı futbolçusunu itirməməlidir. Buna görə də istedadların müəyyənləşdirilməsi və izlənilməsi həm akademiyalar, həm də assosiasiya üçün əsas inkişaf istiqamətlərindən biri olmalıdır".

Paylaş

Xəbər lenti

Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Dünən, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Dünən, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Dünən, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Dünən, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Dünən, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Dünən, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Dünən, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Dünən, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Dünən, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Dünən, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Dünən, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Dünən, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Dünən, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Dünən, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Dünən, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Dünən, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Dünən, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Dünən, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Dünən, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Dünən, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Dünən, 15:48 İlqarə necə arıqladığını açıqladı Dünən, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Dünən, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Dünən, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Dünən, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Dünən, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Dünən, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Dünən, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Dünən, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Dünən, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Dünən, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Dünən, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Dünən, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR