
Türkiyənin Mersin limanında Cənubi Amerikadan gələn yük gəmisində təxminən 350 kiloqram kokain aşkarlanıb.
AVESTA.AZ "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Türkiyə Baş Təhlükəsizlik İdarəsinin Narkotiklə Mübarizə İdarəsinin koordinasiyası ilə İstanbul və Mersin polisinin iştirakı ilə keçirilib.
Gəmidə aparılan axtarış zamanı ümumi çəkisi təxminən 350 kiloqram olan 12 böyük paketdə kokain aşkarlanıb.
Əməliyyat zamanı, həmçinin dalğıc avadanlıqları və sualtı skuter ləvazimatları müsadirə edilib.
Faktla bağlı 9 şübhəli şəxs barəsində araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.