
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.