
Sözügedən ərazidə antisanitar vəziyyət aradan qaldırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, yay mövsümündə polis əməkdaşları turizm zonalarında gücləndirilmiş rejimdə xidmət aparılır.
"Bir daha vətəndaşlara meşə, park, dənizkənarı əraziləri çirkəndirməmək, yanğın təhlükəsizliyi ilə bağlı qaydalara riayət etmələri tövsiyə olunur. Bu kimi hallar aşkarlandıqda həmin şəxslər barəsində qanunamüvafiq qaydada tədbir görülür", - deyə məlumatda qeyd olunub.
***22:36
Hirkan Milli Parkında xoşagəlməz görüntü yaranıb.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Belə ki, ərazidə istirahət edən şəxs ağacın içinin zibilliyə çevrildiyinin şahidi olur və ağacdakı zibilləri təmizləməyə başlayır.
Bu anları lentə alan şəxs bir daha təbiəti qorumağa çağırış edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.