22-07-2026, 12:48 8

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.

H. Hacıyevin sözlərinə görə, bu gün cəmiyyət Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir:

"1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi".

Prezidentin köməkçisi əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəyə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb6

"Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".

O qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:

"Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Dünən, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Dünən, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Dünən, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Dünən, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Dünən, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Dünən, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Dünən, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Dünən, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Dünən, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Dünən, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Dünən, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Dünən, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Dünən, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Dünən, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Dünən, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Dünən, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Dünən, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Dünən, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Dünən, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Dünən, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Dünən, 15:48 İlqarə necə arıqladığını açıqladı Dünən, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Dünən, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Dünən, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Dünən, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Dünən, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Dünən, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Dünən, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Dünən, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Dünən, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Dünən, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Dünən, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Dünən, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Dünən, 11:48 Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir? Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR