22-07-2026, 15:48 12

VI

"Yüksəliş" müsabiqəsinin VI mövsümünün final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb.

AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.

Qalib adını qazanan iştirakçıların 15 nəfərini kişilər, 5 nəfərini isə qadınlar təşkil edir.

Yaş qrupları üzrə aparılan təhlilə əsasən, ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Qaliblərdən 11 nəfəri 21-30, 9 nəfəri isə 31-40 yaş qrupuna daxildir.

İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb və qaliblərdən 9 nəfəri paytaxtı təmsil edir. Digər qaliblərdən 3 nəfəri Qazax-Tovuz, 2 nəfəri Qarabağ, hər biri 1 nəfər olmaqla Mil-Muğan, Lənkəran-Astara, Şirvan-Salyan, Şərqi Zəngəzur, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarını təmsil edir.

Bakalavriat pilləsi üzrə qaliblər əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarıdır.

Magistratura pilləsi üzrə uğur qazanan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Avropa Universitetinin Barselona Biznes Məktəbi, Massaçusets Texnologiya İnsititutu və Stokholm Universitetinin məzunları üstünlük təşkil edirlər.

Doktorantura və aspirantura səviyyəsi üzrə təhsil alan bir qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Bakalavriat səviyyəsi üzrə nəticələrə əsasən, qaliblərin hər biri ali təhsilini Azərbaycanda alıb. Belə ki, 20 qalibin hamısı bakalavriat təhsilini ölkə daxilində başa vurub.

Magistratura səviyyəsi üzrə göstəricilər də diqqət çəkir. Ümumilikdə 16 qalib magistratura təhsili alıb. Onlardan 10 nəfəri magistratura təhsilini Azərbaycanda, 5 nəfəri xarici ölkələrdə, 1 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib.

Doktorantura və aspirantura səviyyəsində təhsil alan 1 qalib təhsilini Azərbaycanda alıb.

Qaliblərin fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, iştirakçıların 50 faizi dövlət sektorunu, 45.45 faizi özəl sektoru, 4.55 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir.

VI "Yüksəliş" müsabiqəsinin qaliblərinin adları aşağıdakılardır:

Xasayev Faiq Əmir oğlu

Əliyev Hikmət Fazil oğlu

Lətifli Röyal Şahid oğlu

Mirzəyev Əlizamin Mehman oğlu

Məcidli Famil Sərdar oğlu

Mansurova Sevda Faiq qızı

Şahbazov Şirin Məhəmməd oğlu

Klıçev Ağarəhim Klıç oğlu

İbrahimov Elbrus Mirnəsib oğlu

Fərzəliyev Əlizadə Ərəstun oğlu

Bayramova Nəzakət Vüqar qızı

Məlikov Seyid Avtandil oğlu

Əlizamanlı Anar Mehman oğlu

Məmmədrzayev Elmar Ehtibar oğlu

Əliyev Elnur Ceyhun oğlu

Nadirov Fərid İlham oğlu

Abbasova Fidan Sahib qızı

Cəlilova Ləman Natiq qızı

Rzazadə Mətanət Şəhriyar qızı

Babayev Rüfət Müzəffər oğlu.

Paylaş

Xəbər lenti

Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Bu gün, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Bu gün, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Bu gün, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Bu gün, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Bu gün, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Bu gün, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Bu gün, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Bu gün, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Bu gün, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Bu gün, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Bu gün, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Bu gün, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Bu gün, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Bu gün, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Bu gün, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Bu gün, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Bu gün, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Bu gün, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Bu gün, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Bu gün, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Bu gün, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Bu gün, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Bu gün, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Bu gün, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Bu gün, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Bu gün, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Bu gün, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Bu gün, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Bu gün, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Bu gün, 15:48 İlqarə necə arıqladığını açıqladı Bu gün, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Bu gün, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Bu gün, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Bu gün, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Bu gün, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Bu gün, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Bu gün, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Bu gün, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Bu gün, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Bu gün, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Bu gün, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Bu gün, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Bu gün, 11:48 Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir? Bu gün, 11:48 Əməkdar artist: "Axır ki, 34 il sonra görüşdük" Bu gün, 11:48 Kanada Aİ-yə assosiativ üzvlük təklif edib Bu gün, 11:48 Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR