
"Heyvanları qonşunun oğlu ilə birgə aparıb Xırdalanda satıb".
AVESTA.AZ xəbər verir ki, bu sözləri İctimai TV-ə Salyanda 84 baş qoyunla birgə yoxa çıxan çobanın işlədiyi təsərrüfatın sahibi İlkin Rüstəmov deyib.
İ.Rüstəmov qoyunlarının 72-ni geri qaytara bildiyini qeyd edib.
"Qoyunlarımı satdığı yeri tapdım, getdim 72-ni alıb gəldim. Satdığı şəxs məndən pul istədi, dedim pulu kimə vermisənsə, get ondan al", - deyə, o qeyd edib.
Çoban Ramiz Rüstəmovun yaxınları bu hadisənin ilk dəfə başlarına gəlmədiyini deyiblər. Bildirilib ki, Ramiz daha əvvəl bir-neçə dəfə də eyni hadisəni törədib, sonra isə evinə qayıdıb, amma hazırda 3-4 gündür ki, ondan xəbər yoxdur.
*** 10:24
Salyan rayonunda 26 yaşlı gəncin heyvanlarla birlikdə yoxa çıxmasının bəzi təfərrüatı məlum olub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Məlumata görə, bu, R.Rüstəmovun törətdiyi ilk hadisə deyil, o, əvvəllər də eyni hadisəni törədib və sonradan evə qayıdıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.