24-07-2026, 18:48 7

Doktorantura səviyyəsində xarici dil fənni üzrə QƏBUL NƏTİCƏLƏRİ AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il 25 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Həmçinin 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanının iştirakçıları nəticələr ilə buradan, xarici dil üzrə fəlsəfə doktoru imtahanının iştirakçıları isə buradan tanış ola bilərlər.

İmtahanlarda 2 243 namizəd və iddiaçı (1 864 nəfər doktoranturaya qəbul, 378 nəfər fəlsəfə doktoru, bir nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 73 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1 174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Bir əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyyəti nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Xarici dil üzrə fəlsəfə doktoru (minimum) imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək doktorantura@dim.gov.az ünvanına məzmunla bağlı yazılı müraciətlərini göndərə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyən namizədlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Paylaş

Xəbər lenti

Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir Bu gün, 00:48 Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir Dünən, 23:48 Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb Dünən, 23:48 Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib Dünən, 23:48 İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir Dünən, 23:48 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb Dünən, 23:48 Şamaxı sakinlərinin kanalizasiya problemi: "Evdə oturmaq olmur" Dünən, 22:48 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib Dünən, 22:48 ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi Dünən, 22:48 Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır Dünən, 22:48 ABŞ Kubaya 178 milyard dollar zərər vurub Dünən, 22:48 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub Dünən, 22:48 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - STATİSTİKA Dünən, 21:48 BMT: Süni intellekt insanlıq üçün təhlükə yarada bilər Dünən, 21:48 Yağış və külək Bakıda problemlər yaradıb Dünən, 21:48 Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar Dünən, 21:48 Binəqədi rayonu ərazisində YANĞIN Dünən, 20:48 90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF Dünən, 20:48 Paytaxtda mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı Dünən, 20:48 Şahin Mustafayev Özbəkistanla iqtisadi əməkdaşlığın əsas göstəricilərini açıqlayıb Dünən, 20:48 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb Dünən, 19:48 İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq Dünən, 19:48 Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb Dünən, 19:48 Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək? Dünən, 19:48 Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? Dünən, 18:48 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? Dünən, 18:48 Azəbaycanda bərpa olunan enerjinin xüsusiyyətləri üzrə vahid reyestr yaradılacaq Dünən, 18:48 Azərbaycan konkurçusu Patrik Makenti Belçikadakı turnirdə 2-ci yeri tutub Dünən, 18:48 Məhkəmə qərarı ilə bağlı müəmma: Fidan Abbasova narkoloji qeydiyyata alınmır? Dünən, 18:48 Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq Dünən, 18:48 Şamaxı və Şahdağa dolu düşüb Dünən, 17:48 İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ Dünən, 17:48 Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü Dünən, 17:48 Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT Dünən, 17:48 Qobustanda 38 günə körpü inşa edilib Dünən, 17:48 Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər Dünən, 17:48 Biri 13, digəri 12 il müddətinə həbs edildi Dünən, 17:48 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb Dünən, 16:48 Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR Dünən, 16:48 Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub Dünən, 16:48 Qubada kanaldan meyit tapılıb Dünən, 16:48 SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib Dünən, 16:48 Güclü külək Bakıda ağacın budağını qopardı Dünən, 16:48 Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib Dünən, 16:48 Respublika Süni Mayalanma Mərkəzinə direktor təyin olunub Dünən, 16:48 Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır Dünən, 15:48 Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi Dünən, 15:48 İlham Mirzəyevin vəziyyəti ağırdır Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR