
Sosial şəbəkələrdə yol qaydalarını pozan sürüclərin görüntüləri yayılıb.
AVESTA.AZ xəbər verir ki, kadrlar Gədəbəy rayonunda lentə alınıb.
Videoda "VAZ 2107" markalı avtomobillərin sürücülərinin kütləvi formada qaydaları pozduğu kadrlar əks olunub. Vİdeodan da göründüyü kimi onlar əks yolla hərəkət edib və qırmızı işıqda keçiblər.
Yayılan görüntülərdən sonra polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Gədəbəy rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan, eyni zamanda ictimai narazılığa səbəb olan sürücülər müəyyən ediliblər.
Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib.
Sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına ciddi əməl etmələrinin vacibliyi izah olunub və barələrində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.
Yolda avtoxuliqanlıq edən sürücülərin görüntülərini təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.