2-08-2026, 22:48 0

Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı

Bir vaxtlar Azərbaycanın turizm sektorunun əsas hərəkətverici qüvvələrindən hesab olunan Yaxın Şərq bazarı yenidən diqqət mərkəzinə qayıdır. Azərbaycan Turizm Bürosu bu regiondan turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlara başlayıb.

Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib ki, Yaxın Şərqdən turist axınının artırılması üçün işlər aparılır.

Maraqlıdır, atılan addımlar ölkəyə gələn turist sayını artırmaq, ərəb turistləri yenidən cəlb etmək üçün kifayət edəcəkmi, yoxsa bu istiqamətdə əlavə addımlar da atılmalıdır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı

"Hədəf bazarlarda davamlı reklam kampaniyaları aparılmalıdır"

Turizmçi Rəhman Quliyevin sözlərinə görə, Yaxın Şərq bazarı Azərbaycan üçün həm coğrafi yaxınlığı, həm də yüksək xərcləmə qabiliyyətinə malik turist profili ilə strateji əhəmiyyət daşıyır: "Körfəz ölkələrindən gələn turistlər adətən ailəvi səyahət edir, hotellərdə daha uzun müddət qalır və xidmət sektoruna daha çox gəlir qazandırırlar. Son illərdə qlobal turizm bazarında rəqabət artdığı üçün Azərbaycan da ənənəvi və gəlirli bazarlardakı mövqeyini yenidən gücləndirməyə çalışır. Eyni zamanda, yay aylarında Yaxın Şərq ölkələrində isti hava şəraiti Azərbaycanın sərin iqlimini onlar üçün cəlbedici alternativə çevirir. Buna görə də bu bazarın yenidən aktivləşdirilməsi həm turizm gəlirlərinin, həm də ölkəyə gələn xarici turist sayının artırılması baxımından məntiqli addım hesab oluna bilər".

Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı

R.Quliyevin sözlərinə görə, turist axınının azalmasına təsir edən əsas amillərdən biri geosiyasi vəziyyət və coğrafiyası genişlənən iqtisadi böhrandır. Digər tərəfdən, bir sıra istiqamətlər üzrə aviareyslərin sayının azalması və bilet qiymətlərinin bahalaşması da səyahət qərarlarına mənfi təsir göstərib. Turizmçinin fikrincə, aviaşirkətlər və turizm operatorları ilə əməkdaşlıq turist axınının artırılması üçün vacib vasitədir, lakin bununla yanaşı, hədəf bazarlarda davamlı reklam kampaniyaları aparılmalı, rəqəmsal platformalarda Azərbaycanın turizm potensialı daha effektiv tanıdılmalıdır: "Yeni turizm məhsullarının yaradılması da prioritet olmalıdır. Vizaların əlçatanlığı, birbaşa uçuşların artırılması və mövsümi kampaniyaların təşkili də qərarvermə prosesinə ciddi təsir edən amillərdir. Yalnız kompleks yanaşma tətbiq olunarsa, körfəz ölkələri bazarında Azərbaycanın əvvəlki mövqeyini bərpa etməsi və turist sayını davamlı şəkildə artırması mümkün olacaq".

Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı

Xidmət keyfiyyətinin yüksəldilməsinə də ehtiyac var

Turizmçi Günel Şıxıyeva bildirir ki, pandemiyadan sonra və xüsusilə son geosiyasi proseslər fonunda Yaxın Şərqdən Azərbaycana turist axınında azalma baş verib: "Yaxın Şərq bazarı həm coğrafi yaxınlığı, həm də yüksək alıcılıq qabiliyyəti ilə seçilir. Körfəz ölkələrindən gələn turistlər adətən ailəvi səyahət edir, beşulduzlu hotellərdə qalır, alış-veriş, restoran və əyləncəyə daha çox vəsait xərcləyirlər. Buna görə də bir turistdən əldə olunan iqtisadi gəlir bir çox digər bazarlarla müqayisədə daha yüksək olur". G.Şıxıyeva hesab edir ki, son illər Yaxın Şərqdə baş verən münaqişələr və regiondakı qeyri-sabitlik insanların səyahət qərarlarına birbaşa təsir edib: "Aviabiletlərin bahalaşması və bəzi istiqamətlər üzrə uçuş tezliyinin azalması Azərbaycana səfərləri əvvəlki illərlə müqayisədə daha bahalı edib. Həmçinin rəqabət xeyli güclənib: Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveyt vətəndaşları üçün Türkiyə, Gürcüstan, Bosniya, Monteneqro, Malayziya və Avropanın bəzi ölkələri daha aqressiv marketinq aparır, daha sərfəli paketlər və yeni marşrutlar təqdim edirlər. Nəhayət, Azərbaycanın tanıtım kampaniyalarının davamlılığı, yeni turizm məhsullarının yaradılması və xidmət keyfiyyəti də rəqabət qabiliyyətinə təsir edən amillər sırasındadır".

Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı

Turizmçi hesab edir ki, aviaşirkətlər və turizm şirkətləri ilə əməkdaşlıq vacib addımdır, lakin tək bununla uğur qazanmaq mümkün olmayacaq: "Ərəb turistləri qaytarmaq üçün kompleks tədbirlər görülməlidir. Bunlara Yaxın Şərq ölkələrində intensiv reklam kampaniyalarının aparılması, tanınmış influenser və media nümayəndələrinin Azərbaycana dəvət olunması, ərəbdilli xidmətlərin genişləndirilməsi, ailə və halal turizm məhsullarının inkişaf etdirilməsi, mövsümdənkənar dövrlər üçün xüsusi kampaniyalar və xidmət keyfiyyətinin yüksəldilməsi daxildir".

Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı

"Yaxın Şərq bazarına fokuslanmaq məntiqli addımdır"

Turizmçi Telman Hacıyevin fikrincə, qeyri-neft sektorunun, xüsusilə də turizmin iqtisadiyyatda payını daha da artırmaq lazımdır. Bu baxımdan, Yaxın Şərq bazarı bizim üçün həm yaxın, həm də yüksək xərcləmə potensialına malik bazardır: "Bundan əlavə, ölkədə turizmi inkişaf etdirəcək yeni layihələr - azad olunmuş Qarabağ ərazilərinin mərhələli şəkildə turizmə açılması, Bakıya çox yaxın yerləşən və xüsusilə yay mövsümündə böyük maraq doğuran "Sea Breeze" kimi layihələrin genişlənməsi, eləcə də yaxın illərdə kazino fəaliyyətinin başlaması Azərbaycanın regionda daha cəlbedici turizm istiqamətinə çevrilməsi məqsədinə xidmət edir. Belə olan halda, bu məhsulları satmaq üçün yenidən Yaxın Şərq bazarına fokuslanmaq məntiqli addımdır".

Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı

T.Hacıyev son illərdə Yaxın Şərq bazarından Azərbaycana gələnlərin sayının azalmasını turizm bazarında rəqabətin artması, Türkiyə, Gürcüstan və digər ölkələrin Yaxın Şərq turistləri üçün çox aktiv şəkildə yeni imkanlar və məhsullar təqdim etməsi ilə əlaqələndirir: "Digər tərəfdən, birbaşa uçuşların sayı və əlçatanlığı da turist qərarlarına təsir edən amillərdəndir. Son aylarda regionda baş verən geosiyasi gərginliklərin də öz təsiri var".

Paylaş

Xəbər lenti

Xalq artisti Tofiq Bakıxanov dəfn olunub Bu gün, 14:48 Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib Bu gün, 14:48 Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram Bu gün, 14:48 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ Bu gün, 14:48 Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb Bu gün, 14:48 Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb Bu gün, 14:48 Bakı–Ağstafa qatarlarında yenilik Bu gün, 14:48 Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir" Bu gün, 14:48 7/24 hərəkətdə olan Jeacoo J8 artıq 19 900 km qət edib! Bu gün, 13:48 Adil Kərimli: "Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib" Bu gün, 13:48 Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi başa çatıb Bu gün, 13:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələr 17 milyon manatdan çox rüsumdan azadolma əldə edib Bu gün, 13:48 "Qarabağ" "Tvente" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib Bu gün, 13:48 Mərhum Xalq artistinin abidəsi adi olmayacaq Bu gün, 13:48 Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub Bu gün, 13:48 DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb Bu gün, 13:48 Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir? Bu gün, 12:48 İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü Bu gün, 12:48 Xalq artistinin oğlu: Tofiq Bakıxanov Azərbaycan musiqisinin ən fəal təbliğatçılarından biri idi Bu gün, 12:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA Bu gün, 12:48 DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Bu gün, 12:48 Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var Bu gün, 12:48 Azərbaycanda unikal hadisə: iki sinifin bütün şagirdləri universitetə qəbul oldu Bu gün, 12:48 Xocavənd rayonuna daha 43 ailə yola salınıb Bu gün, 12:48 Sabah Bakıda güclü külək əsəcək Bu gün, 12:48 Azərbaycanda bu pulu 250 manata alırlar Bu gün, 12:48 Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi Bu gün, 11:51 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 11:51 Bakıda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı boğularaq ölüb Bu gün, 11:50 Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər Bu gün, 11:50 Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı Bu gün, 11:50 Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir Bu gün, 11:50 "Yuventus"un futbolçusu Kənan Yıldız ağır zədə alıb Bu gün, 11:49 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi Bu gün, 11:48 İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib Bu gün, 11:48 Bakı metrosunun iş rejimi dəyişdiriləcək Bu gün, 11:48 Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar Bu gün, 11:48 Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb Bu gün, 10:48 AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında daha iki qarşılaşma keçiriləcək Bu gün, 10:48 BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub Bu gün, 10:48 Bakıda piyada keçidində maşınla vurulan kişi öldü Bu gün, 10:48 Müzəffər Komilov: Özbəkistan İslam sivilizasiyası irsini qoruyub saxlamağa və təbliğ etməyə çalışır Bu gün, 10:48 "Euronews"un rəhbəri jurnalistləri beynəlxalq əməkdaşlığa çağırıb Bu gün, 10:48 KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Bu gün, 10:48 Bakıda blokdan 650 manatlıq velosiped oğurlayan şəxs saxlanıldı Bu gün, 10:48 Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir Bu gün, 09:48 Avtobus yanacaq daşıyan maşınla toqquşdu: 35 YARALI VAR Bu gün, 09:48 Sabunçunun bəzi ərazilərində qaz olmayacaq Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR