
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus hərbi yüklər daşıyan dörd gəminin vurulduğunu açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarla bağlı yaydığı gündəlik məlumatda bildirib.
Məlumata əsasən, zərbələr nəticəsində Ukraynaya aid hərbi təyinatlı yükləri daşıyan dörd gəmi hədəfə alınıb.
Nazirlik, həmçinin Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun istifadə etdiyi nəqliyyat infrastrukturuna qarşı əməliyyatları davam etdirdiyini qeyd edib. Bildirilib ki, hücumlar zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.