
Yaponiya Rusiyanın dövlət başçısı Vladimir Putinin Kuril adalarının İturup adasına səfəri ilə bağlı Moskvaya etiraz edib.
AVESTA.AZ TASS-a istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi səfəri "güclü etirazla" qarşıladığını açıqlayıb.
Tokio Kuril adalarının cənub hissəsini, o cümlədən İturup, Kunaşir və Şikotan adalarını "Yaponiyanın əzəli ərazisi" hesab edir.
Rusiya isə Kuril adaları üzərində suverenliyinin müzakirə mövzusu olmadığını bildirir. Adaların statusu iki ölkə arasında II Dünya müharibəsindən sonra sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələlərdən biridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.