
ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarının elektrik şoku verə bilən xüsusi əlcəklərlə təchiz edilməsi planlaşdırılır.
AVESTA.AZ xarici mediaya istinadən xəbər verir ki, bunun üçün 20 milyon dollara qədər vəsait ayrılması nəzərdə tutulur. Əlcəklər 380 volta qədər elektrik şoku verə və saniyədə 30 dəfəyədək aktivləşdirilə bilər.
Cihazların istifadəsi insan haqları təşkilatlarının narahatlığına səbəb olub. Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU) ICE əməkdaşlarının güc tətbiqindən istifadəsinin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Əlcəklərin 14 avqust tarixində tender keçirilmədən satın alınması ilə bağlı müqavilənin açıqlana biləcəyi qeyd edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.