
Qətər İranın üç pilotun əsir götürülməsi ilə bağlı iddiasını qəti şəkildə təkzib edib.
AVESTA.AZ xəbər verir ki, Qətər XİN-in nümayəndəsi Məcid əl-Ənsari bildirib ki, ölkənin hava məkanını pozan təyyarələrin ekipajına xəbərdarlıq edilib, lakin əlaqə yaratmaq mümkün olmayıb. Bundan sonra hava məkanının qorunması üçün beynəlxalq hüquqa uyğun tədbirlər görülüb.
Əl-Ənsari həmçinin pilotlardan birinin qalıqlarının tapıldığını və meyitin İrana təhvil verilməsi üçün Tehranla əlaqə saxlanıldığını açıqlayıb. O qeyd edib ki, İranın axtarış əməliyyatına dair Qətərin əvvəlki dəvətinə hələ cavab verməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.