17-08-2026, 09:48 28

Bu gün dahi sənətkar Müslüm Maqomayevin doğum günüdür

Bu gün unudulmaz sənətkar Müslüm Maqomayevin doğum günüdür. Onun anadan olmasından 84 il ötür.

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda doğulub.

Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb.

Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi.

M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

Onun mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi.

Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Sənətkar 2008-ci ildə 66 yaşında vəfat edib və Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

2022-ci il avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub.

Paylaş

Xəbər lenti

Böyük Vətən müharibəsindən səhnəyə uzanan yol: Tanınmış sovet aktyorunun həyat hekayəsi Bu gün, 09:48 Zülfiyyə Xanbabayeva: "Qızım məktəbdə oxuyanda da şagirdlərin formalarının eyni olmasını istəyirdim" Bu gün, 09:48 Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq Bu gün, 09:48 Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Bu gün, 09:48 Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb Bu gün, 09:48 Dələduzluqda təqsirləndirilən sahibkar həbs edildi Bu gün, 09:48 Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürüldü, daha bir nəfər xəsarət aldı Bu gün, 08:48 Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? Bu gün, 08:48 Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər Bu gün, 08:48 "Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı Bu gün, 08:48 Hər şeyi sirr saxlayan bürclər açıqlanıb Bu gün, 00:48 Ajda Pekkan bu geyimdə yallı getdi Dünən, 23:48 Meyvə, yoxsa meyvə qurusu: Hansı daha faydalıdır? Dünən, 23:48 Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR Dünən, 23:48 Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat Dünən, 22:48 Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU Dünən, 22:48 Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirə bilər Dünən, 22:48 İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb Dünən, 21:48 Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb Dünən, 21:48 Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib Dünən, 21:48 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Dünən, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Dünən, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Dünən, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Dünən, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Dünən, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Dünən, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Dünən, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Dünən, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Dünən, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Dünən, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Dünən, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Dünən, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Dünən, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Dünən, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Dünən, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Dünən, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Dünən, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Dünən, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Dünən, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Dünən, 16:48 Əməkdar jurnalist vəfat edib Dünən, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Dünən, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Dünən, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Dünən, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Dünən, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Dünən, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Dünən, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR