
Cəlilabad rayonunda ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
AVESTA.AZ xəbər verir ki, yanğın Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında yerləşən Zəvvar ovçuluq təsərrüfatının ərazisində qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.