
Bu gün səhər saatlarında Bakıda daha bir sərnişin avtobusunda insident baş verib.
Sərnişinlərin BAKU.WS-in "qaynar xətti"nə ünvanladıqları şikayətə əsasən, səhər saat 08:00 radələrində 18 saylı avtobus hərəkətdə olarkən sürücü qəfil əyləci basıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılaraq xəsarət alıblar.
Sahil Qurbanzadə adlı sərnişin bildirib ki, xəsarət alanlardan biri də özü olub. Onun sözlərinə görə, sərnişinlər sürücüyə iradlarını bildirsələr də, sürücü üzr istəmək əvəzinə onlarla kobud davranıb və təhqiramiz ifadələr işlədib.
Sərnişin hadisə zamanı çəkilən görüntüləri BAKU.WS-ə təqdim edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.