10-03-2023, 04:32 1028

Azərbaycan qadının cəmiyyətdəki rolu BMT-də dünya ölkələrinə örnək model olaraq təqdim olunub

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qadınların Statusu üzrə Komissiyanın 67-ci sessiyası işinə başlayıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, “İslamda qadın - İslam dünyasında qadınların hüquqları və kimliyi” mövzusunda keçirilən sessiyaya İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sədri kimi Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari rəhbərlik edib.

Nazir çıxışında bildirib ki, İslam qadınlara hüquq verən ilk dindir. O öz ölkəsində qadınlarla bağlı müxtəlif mənfi göstəricilərə məhəl qoymayaraq, İslamın qadınları sıxışdırdığına dair ümumi təsəvvürə qarşı olduğunu deyib: “İslam qadınlara qarşı haqsızlığı qadağan edir. Biz qadınların müxtəlif sahələrdə uğurlar qazanması və cəmiyyətdə layiq olduğu yerdə olması üçün birgə mübarizə aparmalıyıq. Bu gün Əfqanıstanda qadınların hüquqları əllərindən alınıb. Məqsədimiz odur ki, bütün cəmiyyətlərdə qadınların haqları və hüquqları bərqərar olunsun”.

Sessiyada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda qadın haqlarının və hüquqlarının qorunması, qadının cəmiyyətdə rolu və mövqeyi mövzusunda dünyanın örnək ölkələrindən olduğunu deyib.

Sədr müavini bildirib ki, hələ orta əsrlərdə Azərbaycanda qadınlar mühüm ictimai fəaliyyətlər həyata keçirib və təsadüf deyil ki, məhz Şərqdə ilk qızlar məktəbi də, Azərbaycanda açılıb: “Azərbaycan qadınları hələ XV əsrdə mürəkkəb diplomatik danışıqlar aparmış və kifayət qədər uğurla aparan məşhur diplomat Sara Xatunu, XVIII əsrin ictimai fəal qadını Natəvanı nümunə göstərə bilərik. Şərqdə qadınların statusu ilə bağlı yanlış stereotipləri inkar edən bu tək fakt onu sübut edir ki, hələ orta əsrlərdə Azərbaycanda qadınlar mühüm ictimai fəaliyyətlər həyata keçiriblər. Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququ verib. Onu da qeyd etmək istərdim ki, 1901-ci ildə Şərqdə ilk qızlar məktəbi Azərbaycanda açılıb. Həmçinin Azərbaycanda ilk qadın "İşıq" qəzeti 1911-ci ildə işıq üzü görüb. Qızların təhsilə cəlb olunması istiqamətində bu gün də fəaliyyətlər davam etdirilir. Belə ki, Azərbaycanda qızların təhsilinə dəstək məqsədilə hər il 11 Oktyabr - Beynəlxalq Qızlar Günündə “Gənc Qızların Təhsilinə Dəstək – 2022” kampaniyası həyata keçirir. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan tələbə qızlara təqaüd təyin edilir. Azərbaycan dövləti qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verir, onların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakını təmin etməyə yönəlmiş siyasət aparır”.

S. Qəhrəmanova əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradıb: “Hazırda Azərbaycanda dövlət qulluğunda qadınların təmsilçiliyi 29 %, qərar qəbuletmədə 18,2 %, elmi işçilərin 58 %-dir. Bələdiyyələrin tərkibində bu gün qadınların təmsilçiliyi 39 % təşkil edir. Hakim qadınların sayı 91 nəfərdir. Qadın hüquqlarının müdafiəsi istiqamətində ən vacib məsələlərdən biri onların iqtisadi imkanlarını və təşəbbüskarlığını artırmaqla iqtisadi asılılığının azaldılmasına nail olmaqdır. Ölkənin regionunda yaradılan Qadın Resurs Mərkəzləri qadınların iqtisadi gücləndirilməsi və iştirakçılığının artırılması üçün sistemli şəkildə iş aparır. Qadınların iqtisadi güclənməsi istiqamətində müxtəlif ictimai təşkilatlar – “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”, “Kənd Qadınları Assosiasiyası” fəaliyyət göstərir. Gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə bələdiyyələrdə Gender Komissiyaları yaradılmış, ölkənin əksər dövlət, özəl müəssisə və təşkilatlarında bərabər imkanlar yaratmaqla gender məsul şəxslər təyin olunmuşdur. Azərbaycan bu uğurlu təcrübələrini dünya ölkələri ilə paylaşmağa hazırdır”.

Paylaş

Xəbər lenti

Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir Bu gün, 00:48 Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir Dünən, 23:48 Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb Dünən, 23:48 Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib Dünən, 23:48 İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir Dünən, 23:48 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb Dünən, 23:48 Şamaxı sakinlərinin kanalizasiya problemi: "Evdə oturmaq olmur" Dünən, 22:48 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib Dünən, 22:48 ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi Dünən, 22:48 Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır Dünən, 22:48 ABŞ Kubaya 178 milyard dollar zərər vurub Dünən, 22:48 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub Dünən, 22:48 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - STATİSTİKA Dünən, 21:48 BMT: Süni intellekt insanlıq üçün təhlükə yarada bilər Dünən, 21:48 Yağış və külək Bakıda problemlər yaradıb Dünən, 21:48 Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar Dünən, 21:48 Binəqədi rayonu ərazisində YANĞIN Dünən, 20:48 90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF Dünən, 20:48 Paytaxtda mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı Dünən, 20:48 Şahin Mustafayev Özbəkistanla iqtisadi əməkdaşlığın əsas göstəricilərini açıqlayıb Dünən, 20:48 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb Dünən, 19:48 İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq Dünən, 19:48 Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb Dünən, 19:48 Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək? Dünən, 19:48 Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? Dünən, 18:48 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? Dünən, 18:48 Azəbaycanda bərpa olunan enerjinin xüsusiyyətləri üzrə vahid reyestr yaradılacaq Dünən, 18:48 Azərbaycan konkurçusu Patrik Makenti Belçikadakı turnirdə 2-ci yeri tutub Dünən, 18:48 Məhkəmə qərarı ilə bağlı müəmma: Fidan Abbasova narkoloji qeydiyyata alınmır? Dünən, 18:48 Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq Dünən, 18:48 Şamaxı və Şahdağa dolu düşüb Dünən, 17:48 İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ Dünən, 17:48 Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü Dünən, 17:48 Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT Dünən, 17:48 Qobustanda 38 günə körpü inşa edilib Dünən, 17:48 Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər Dünən, 17:48 Biri 13, digəri 12 il müddətinə həbs edildi Dünən, 17:48 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb Dünən, 16:48 Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR Dünən, 16:48 Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub Dünən, 16:48 Qubada kanaldan meyit tapılıb Dünən, 16:48 SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib Dünən, 16:48 Güclü külək Bakıda ağacın budağını qopardı Dünən, 16:48 Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib Dünən, 16:48 Respublika Süni Mayalanma Mərkəzinə direktor təyin olunub Dünən, 16:48 Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır Dünən, 15:48 Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi Dünən, 15:48 İlham Mirzəyevin vəziyyəti ağırdır Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR