
Bakının Xəzər rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"AVESTA.AZ"un məlumatına görə, hadisə rayonun Qala qəsəbəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Mürsəlov Amir Ağamurad oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.