18-04-2023, 13:56 710

Azərbaycan SPECA ölkələrinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunmasını təklif edib

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiyyatlarımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunma mühüm əhəmiyyət kəsb edir.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin Cenevrə şəhərində SPECA-nın iştirakçı dövlətlərinin nazirlərinin BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə keçirilən görüşdə bildirib.

Nazir görüşdə regional nəqliyyat-tranzit marşrutlarının potensialından istifadənin önəmini vurğulayıb:

“Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımalarının səmərəli təşkilinə təminat verir”.

Diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən müasir dəmir yolu şəbəkəsinin, dəniz limanlarının, geniş avtomobil yolları şəbəkəsinin tikintisinə irihəcmli sərmayələr yatırıb. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verib, məlumatda deyilir.

M. Cabbarov Azərbaycanın iqtisadi uğurları barədə də məlumat verib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı reabilitasiya və bərpa işlərinin aparılması, bu ərazilərin ekoloji cəhətdən təmiz texnologiyalar əsasında yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. "Ağıllı" və “yaşıl” yanaşmalardan istifadə etməklə, 2050-ci ilə qədər “sıfır emissiya” zonalarının yaradılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, SPECA ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq əlaqələrini, üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlərarası səviyyədə, həm də proqram çərçivəsində geniş əməkdaşlıq edilir.

Keçirilmiş görüşlərdə SPECA çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, ölkələrimiz arasında tərəfdaşlığın inkişafı, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa, SPECA regionunda tranzit marşrutlarının şaxələndirilməsi, ticarət və nəqliyyatın asanlaşdırılması, rəqəmsallaşma və “yaşıl” transformasiya, SPECA Etimad Fondunun yaradılması, bu il quruma üzv dövlətlərin Zirvə görüşünün Bakıda keçirilməsi və “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatlatı üçün Xüsusi Proqramının 25-ci ildönümünün qeyd edilməsi haqqında” BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürüləcək qətnamə layihəsi ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçı dövlətlərin nazirlərinin Birgə Bəyanatı qəbul edilib.

Qeyd edək ki, SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına qoşulmanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Paylaş

Xəbər lenti

Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür Bu gün, 00:48 Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir Dünən, 23:48 Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı Dünən, 23:48 Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi Dünən, 23:48 Rusiya Müdafiə Nazirliyi: Qara dənizdə iki quru yük gəmisi vurulub Dünən, 22:48 Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı Dünən, 22:48 Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb Dünən, 22:48 Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş Dünən, 21:48 Payızda immuniteti necə gücləndirmək olar? Dünən, 21:48 Messinin Argentina millisində son oyunu bəlli oldu Dünən, 21:48 Ayxan Abbasov: "Litva ilə oyunda futbolçular bacardıqlarından daha yaxşı çıxış etdilər" Dünən, 20:48 Norveç sahillərində üç gəmi toqquşdu Dünən, 20:48 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto Dünən, 20:48 Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək Dünən, 20:48 Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi Dünən, 19:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub Dünən, 19:48 Gəncədə dönər yeyən iki nəfər xəstəxanalıq oldu Dünən, 19:48 Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb Dünən, 19:48 Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Dünən, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Dünən, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Dünən, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Dünən, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Dünən, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Dünən, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Dünən, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Dünən, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Dünən, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Dünən, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Dünən, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Dünən, 15:48 Kərim Abbasov üzr istədi Dünən, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Dünən, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Dünən, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Dünən, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 13:48 Qubada yol tamamilə çökdü Dünən, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Dünən, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Dünən, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Dünən, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Dünən, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Dünən, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Dünən, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Dünən, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR