
Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkı yaxınlığında su borusunda nasazlıq yaranıb, parka gedən yolların birində hərəkətdə çətinlik yaranıb.
“Report”un Qərb bürosunun məlumatına görə, iri diametrli su borusunda yaranmış nasazlıq səbəbindən su park yoluna axıb.
Bu səbəbdən yolda çətinlik yaranıb. Hazırda fəsadın səbəbi araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.