
Bu ilin yanvar-may aylarında vətəndaşlar tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 5828 vətəndaş müraciət edib.
"Report" xəbər verir ki, bunu iyunun 20-də Dövlət Agentliyinin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin vətəndaş müraciətləri şöbəsinin müdiri İlham Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunlardan 2716-sı müayinə və müalicə, 1710-u əlillik məsələləri, 725-i işə qəbul və əmək münasibətləri, 340-ı dərman vasitələri və tibbi sərflə təminatla bağlı, 337-si isə digər məsələlərlə bağlıdır.
İ.Hüseynov bildirib ki, cari ilin yanvar-may aylarında 1399 vətəndaş Dövlət Agentliyinin İdarə Heyətinin sədri və müvafiq departamentlərin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilib.
Şöbə müdiri qeyd edib ki, müraciət edən vətəndaşlar arasında əsasən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Xaçmaz, Beyləqan və Qəbələ rayon sakinlərinin müraciətləri çoxluq təşkil edib:
"Qəbul zamanı qaldırılan məsələlər, əsasən, müayinə-müalicə, dərman vasitələri, tibbi sərfiyyatla təminat, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərişlərin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.