
Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin təmirini sona çatdırmaq üzrədir.
“AVESTA.AZ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan deyib.
O bildirib ki, Türkiyə ilə danışıqlar prosesi dayanmır.
Qeyd edək ki, bu il mayın 27-də bildirilmişdi ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisinə hazırlaşır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.