23-06-2022, 15:05 1128

Agentlik şəhid ailəsinə 1 otaqlı mənzil verdi - Atası İMTİNA ETDİ

Sumqayıt şəhərində yaşayan şəhid atası Əziz Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edib.

Avesta.az xəbər verir ki, şəhid atası bildirib ki, ailəsi əvvəllər 4 nəfərdən ibarət idi. Böyük oğlu Əliyev Emil Əziz oğlu 6 oktyabr 2020-ci il tarixində Vətən müharibəsində şəhid olub.

Hazırda 17 kvadratmetr sahəsi olan 1 otaqlı mənzildə yaşayan ailə başçısı kömək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Şəhid atası bildirib ki, onların müraciətinə nazir müavini Hidayət Abdullayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov baxıb:

“Biz Hidayət Abdullayevlə videoformatda danışdıq və 1 otaqlı mənzildə subay oğlumla birgə yaşadığımızı çatdırdım. Hidayət Abdullayev Zaur İbrahimova göstəriş verdi ki, şəhid ailəsini 2 otaqlı mənzillə təmin edin. Biz 2 ay gözlədik evdən bir xəbər gəlməyincə təkrar müraciət etdik və cavabında “sizə 2 otaq deyil, 1 otaqlı mənzil veririk” dedilər. Səbəb kimi bizə 1 otaqlı evimizin olduğunu dedilər. Biz isə Hidayət Abdullayevin 2 otaqlı mənzil barədə  göstəriş verdiyini xatırlatdır. Qeyd edim ki, əksər şəhid ailələrini 2 otaqlı və ya 3 otaqlı mənzillə təmin ediblər”.

Şəhid atası bildirib ki, haqları pozulduğuna görə, Prezident Administrasiyasına teleqram vurublar.

“Prezident Administrasiyasından bizimlə əlaqə saxladılar. Problemimizi əməkdaşlara bildirdik, bizə dedilər ki, “Administrasiyadan göstəriş verəcəyik ki, probleminiz həll olunsun”".

Əziz Əliyevin sözlərinə görə, artıq 1 ildir nazirliyin Sosial Xidmətlər Agentliyi problemi həll etmir, göstərişləri qulaqardına vurur.

Məsələylə bağlı açıqlama verən açıqlama verən Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə bildirib ki, Vətən müharibəsindən sonra 3500-dən çox şəhid ailəsi və müharibə əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil təqdim edilib. Proses davam etməkdədir. Bu ilin sonunadək daha 1000 ailəyə mənzil və ya fərdi ev veriləcək.

Agentlik rəsmisi şikayətçi şəhid atasının narazılığını belə cavablandırıb:

“Vətən Müharibəsi şəhidi Emil Əliyevin atası Əziz Məcid oğlu Əliyev də Sumqayıt Şəhər İcra Hakimiyyətinin 04.06.2021-ci il tarixli sərəncamı ilə ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Təqdim olunan sənədlərə Sosial Xidmətlər Agentliyində baxılıb və məlum olub ki, Əliyev Əziz Məcid oğlu ailə tərkibi ilə mülkiyyətində olan Sumqayıt şəhərində yerləşən 1 otaqlı mənzildə qeydiyyatdadırlar. Uçota alınmış ailənin tərkibi nəzərə alınmaqla qanunverciliyə uyğun olaraq Sumqayıt şəhərində 1 otaqlı mənzillə təmin edilməsi təklif edilib. Təəssüf ki, ailə bu təklifdən imtina edib”.

M.Həşimovun sözlərinə görə, şəhidin atasının razılığı olduğu təqdirdə ailə növbəliliklə 1 otaqlı mənzillə təmin ediləcək.

Şəhid Emil Əliyev 1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olub. 2000–2011-ci illərdə Sumqayıt şəhərində yerləşən Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbində təhsil alıb. Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika fakültəsinə daxil oluv. 2015-ci ildə isə həmin universiteti bitirib, müddətli hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və böyük şücaət göstərib. Hərbi xidməti bitirdikdən sonra 2016–2017-ci illərdə Sumqayıt şəhərində işləyib.

2020-ci il sentyabrın 21-də könüllü olaraq Vətən müharibəsinə yollanıb. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Emil Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Paylaş

Xəbər lenti

"Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb Bu gün, 08:48 Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi? Bu gün, 08:48 Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU Bu gün, 08:48 Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Bu gün, 08:48 Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ Bu gün, 08:48 Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48 Tramp "süni intellekt" terminini qadağan etmək istəyir Dünən, 22:48 BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır" Dünən, 22:48 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi Dünən, 21:48 Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir Dünən, 21:48 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək Dünən, 21:48 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib Dünən, 21:48 TƏBİB-in yeni rəhbəri kimdir? Dünən, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Dünən, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Dünən, 20:48 Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşüb Dünən, 20:48 Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib Dünən, 20:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Dünən, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Dünən, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Dünən, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Dünən, 19:48 Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub Dünən, 18:48 Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub Dünən, 18:48 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub Dünən, 18:48 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" Dünən, 18:48 Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu Dünən, 18:48 TƏBİB Bahadur Rzayevə həvalə olundu Dünən, 18:48 İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Dünən, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Dünən, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Dünən, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Dünən, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Dünən, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Dünən, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Dünən, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Dünən, 16:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR