
Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın baş verib.
"AVESTA.AZ" yerli KİV-ə istinadən xəbər verir ki, əraziyə Əskişehir Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.
Eyni zamanda, alovların söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.
Əraziyə, həmçinin, 5 su çəni, 2 su tankeri və ekoloji yanğınsöndürənlər müdaxilə edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.