13-09-2023, 12:44 596

Tamam Bayatlı: “Bakı-Supsa ilə Qazaxıstan neftinin ixracına dair danışıqlar aparılır”

Bakı-Supsa kəməri (Qərb İxrac Boru Kəməri) vasitəsilə Qazaxıstan neftinin ixracı mümkündür.

"AVESTA.AZ" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bu gün Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində bildirib.

Onun sözlərinə görə, neftin daşınması üçün kommersiya məsələləri həll edilməlidir: “Burada yalnız kommersiya məsələləri həll edilməlidir. Düşünürəm ki, Bakı-Supsanın istifadəsiz qalması düzgün olmaz”.

T.Bayatlı qeyd edib ki, bununla bağlı Qazaxıstanla Azərbaycan arasında danışıqlar aparılır.

Qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasında 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub.

Xatırladaq ki, Bakı-Supsa kəməri başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.

Bu kəmər ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmər vasitəsilə xam neft Qara dəniz sahilinə nəql edilərək Supsa terminalında tankerlərə yüklənir və Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.

Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanılıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib.

Kəmərin ümumi uzunluğu 829,6 km-dir. Onun 456,4 km-i Azərbaycandan, 373,2 km-i isə Gürcüstan ərazisindən keçir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 milyon barrelə qədərdir. Kəmərin ötürmə qabiliyyəti gündə 90 min bareldir (maksimum 106 min barel/gün).

Bu qaz kəməri "Azəri-Çıraq-Günəşli" (AÇG) konsorsiumuna aid olduğu üçün səhmdarları AÇG ilə eynidir:

Bakı-Supsa boru kəmərində BP (30,37 %), SOCAR (25 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "Equinor" (7,27 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,31 %) pay sahibidir.

Paylaş

Xəbər lenti

Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Dünən, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Dünən, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Dünən, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Dünən, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Dünən, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Dünən, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Dünən, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Dünən, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Dünən, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Dünən, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Dünən, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Dünən, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Dünən, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Dünən, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Dünən, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Dünən, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Dünən, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Dünən, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Dünən, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Dünən, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Dünən, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Dünən, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Dünən, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Dünən, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Dünən, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Dünən, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Dünən, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Dünən, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Dünən, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Dünən, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Dünən, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Dünən, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Dünən, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Dünən, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Dünən, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Dünən, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Dünən, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Dünən, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Dünən, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Dünən, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Dünən, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR