20-09-2023, 14:24 611

Elçin Əmirbəyov xarici KİV-ə antiterror tədbirlərinin keçirilməsinin səbəblərini açıqlayıb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio France Internationale”, “l'Opinion” qəzeti, “France 24” telekanalı, İsrailin “Israeli Public Broadcasting” və İsrail ordusu radiosu, həmçinin “Arabic Asharq News”, “Almash'had TV” və “Al Jazeera” kimi müxtəlif xarici KİV-lərə silsilə müsahibələrdə Azərbaycanın suveren ərazisində Ermənistanın yaratdığı qanunsuz marionet rejimin yerləşdiyi zonada Azərbaycan tərəfinin dünən lokal antiterror tədbirlərin həyata keçirilməsi barədə qəbul etdiyi qərarın səbəblərini ətraflı izah edib.

“Report”un məlumatına görə, o qeyd edib ki, antiterror tədbirlərinin məqsədi 30 ildən artıqdır ərazisində Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin yerləşdiyi Azərbaycanın təhlükəsizliyinə çox ciddi təhlükəni ən qısa müddətdə zərərsizləşdirmək olub.

E.Əmirbəyov xatırladıb ki, Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana qarşı hərbi təcavüz və azərbaycanlılara qarşı qeyri-insani etnik təmizləmə həyata keçirmiş ölkədir.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı çoxsaylı çağırışlara baxmayaraq, təxminən son üç ildə Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi mövcudluğunun zərərsizləşdirilməsi üçün heç bir tədbir görülməyib: "Bir çox azərbaycanlının həyatı cinayətkar marionet rejim tərəfindən təhlükə altına qoyulmuş, erməni terrorunun qurbanlarının, xəsarət alanların sayı günü-gündən artmışdı".

O vurğulayıb ki, beləliklə, Ermənistan bu dövr ərzində utanmadan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarında mövcudluğunu inkar edib və bununla da 2020-ci ilin noyabrında Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozub: “Üstəlik, Ermənistan rəhbərliyi Azərbaycan ərazisində separatçı qurumun öz büdcəsindən qanunsuz olaraq maliyyələşdirilməsi faktını dəfələrlə açıq şəkildə etiraf edib”.

“Səbir kasası gec-tez daşır. Azərbaycan artıq ikinci dəfədir qərar verib ki, məhz öz səyləri ilə təhlükəsizliyinə qarşı olan təhdidləri aradan qaldıracaq və terrorçuların öz ərazisindəki bütün hərbi hədəflərini istisnasız olaraq zərərsizləşdirəcək”, - E.Əmirbəyov deyib.

Onun sözlərinə görə, həyata keçirilən antiterror tədbirlərinin məqsədi həm də qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi və onların Azərbaycan ərazisindən dərhal çıxarılmasıdır: “Eyni zamanda, Azərbaycan antiterror tədbirlərinin ilk günlərindən bəyan edib ki, bu, Xankəndidəki hərbi xuntanın girovuna çevrilmiş dinc mülki erməni əhalisinə təsir göstərməyəcək”.

Prezidentin nümayəndəsi qeyd edib ki, yuxarıda göstərilən bütün addımlar həm də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə imkan verəcək, Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi məkanına dinc yolla reinteqrasiyasını təmin etmək məqsədilə Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əhalisi arasında dialoqun qurulması üçün əlverişli şərait yaradacaq.

Paylaş

Xəbər lenti

Bu ərazilərdə işıq kəsiləcək Bu gün, 00:48 "TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA Dünən, 23:48 Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək Dünən, 23:48 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır Dünən, 23:48 Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü Dünən, 23:48 "Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib? Dünən, 23:48 Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək Dünən, 23:48 Azərbaycan ümumi dövlət xidmətləri xərclərini cüzi azaldır Dünən, 22:48 Azərbaycan səhiyyə xərclərini 3 % artırır Dünən, 22:48 Azərbaycan mədəniyyət xərclərini 2 % artırır Dünən, 22:48 Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir Dünən, 22:48 Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq? Dünən, 21:48 Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər Dünən, 21:48 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır Dünən, 21:48 Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb Dünən, 21:48 Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır Dünən, 21:48 Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır Dünən, 21:48 AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək Dünən, 20:48 Əli Nağıyev Qazaxıstana səfər edib Dünən, 20:48 BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb Dünən, 20:48 2027-ci ildə ABŞ dolları neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA Dünən, 20:48 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Dünən, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Dünən, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Dünən, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Dünən, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Dünən, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Dünən, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Dünən, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Dünən, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Dünən, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Dünən, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Dünən, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Dünən, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Dünən, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Dünən, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Dünən, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Dünən, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Dünən, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Dünən, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Dünən, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Dünən, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Dünən, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Dünən, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Dünən, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Dünən, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Dünən, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR