
Meksikanın şimalında yerləşən Tamaulipas ştatının Syudad-Madero ərazisində kilsənin damının uçması nəticəsində azı 7 nəfər ölüb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə yerli “Sintesis” qəzeti məlumat yayıb.
Bildirilib ki, kilsədə olan 30-40 nəfər dağıntılar altında qala bilər.
Yaralıların dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər cəlb edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.