
AFFA prezidenti Rövnəq Abdullayev Gəncə və Ağsuya səfər edib.
"Report"un məlumatına görə, funksioner Gəncədə FIFA-nın dəstəyi ilə tikilmiş futbol akademiyasının vəziyyəti ilə tanış olub.
O, daha sonra Ağsu şəhər stadionunun durumu ilə maraqlanıb və təmir-tikinti işləri ilə bağlı müəyyən məsləhətlərini verib.
Hər iki görüşdə Gəncə və Ağsunun icra başçıları da iştirak ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.