25-08-2022, 13:00 854

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib - YENİLƏNİB

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib.

“AVESTA.AZ” xəbər verir ki, konfrans öncəsi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət olunub.

Hesabat-seçki konfransında dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.

Konfrans Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin, habelə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında videoçarx təqdim edilib.

Birliyin İdarə Heyətinin sədri Şahin Rəhmanlı hesabat məruzəsi ilə çıxış edib. O, dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə yaratdığı əvəzsiz imkan və fürsətlərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşkilatın üzvləri adından öz dərin minnətdarlığını bildirib, Azərbaycan gəncliyinin göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da böyük şövq və əzmlə çalışacağını bəyan edib.

Diqqətə çatdırılıb ki, təşkilat tərəfindən son iki ildə 53 layihə həyata keçirilib. Həyata keçirilən layihələrdə 26 247 nəfər birbaşa olaraq iştirak edib. Bununla yanaşı, 278 tədbir, 208 təlim, 326 seminarın icrası uğurla başa çatdırılıb.

Birliyin media qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirən Ş.Rəhmanlı qeyd edib ki, 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayınadək mətbuatda 924 xəbər dərc olunub, ümumilikdə 1,063,130 baxış qeydə alınıb.

Digər çıxışçılar təşkilatın son seçki ili ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Hesabat dinlənildikdən sonra konfransın təşkilat komitəsinin sədri çıxış edərək, Birliyin hesabatı, yeni tərkibdə İdarə Heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verib. Səsvermə qaydaları elan olunduqdan sonra səsvermə keçirilib, İdarə Heyəti sədrinin hesabatı qəbul edilib.

Daha sonra yığıncaqda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib. Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Məsimli, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov, Ramtiq Alızadə və Gövhər Ağazadə Birliyin İdarə Heyətinin üzvləri seçiliblər.

Yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra sədr vəzifəsinə namizədlərin adları elan olunaraq seçkilər keçirilib. Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə Heyətinin rəhbəri seçilib.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı göstərilən etimada görə Birlik üzvlərinə təşəkkürünü bildirib, bundan sonra da gənclərin hərtərəfli inkişafı istiqamətində öz səylərini əsirgəməyəcəyini qeyd edib.

11:42

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilir.

“AVESTA.AZ” xəbər verir ki, konfransda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, media mənsubları və 500-ə yaxın gənc iştirak edir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd olunub ki, hesabat-seçki konfransının gündəliyinə 2 əsas məsələ daxil edilib. Əvvəlcə Birliyin ümumi yığıncağında təşkilatın son iki ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, habelə yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunacaq.

Yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçiriləcək.

Xatırladaq ki, “İrəli” İctimai Birliyi 26 avqust 2003-ci ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 24 dekabr 2008-ci ildə isə gənclər təşkilatı olaraq təsis edilib. Təşkilatın əsas məqsədi sağlam, vətənpərvər və rəqabətədavamlı gənclər şəbəkəsi yaratmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.

Paylaş

Xəbər lenti

Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Bu gün, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Bu gün, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Bu gün, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Bu gün, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Bu gün, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Bu gün, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Bu gün, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Bu gün, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Bu gün, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Bu gün, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Bu gün, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Bu gün, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Bu gün, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Bu gün, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Bu gün, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Bu gün, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Bu gün, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Bu gün, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Bu gün, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Bu gün, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Bu gün, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Bu gün, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR