11-12-2023, 14:41 632

Azərbaycanda turizm sektoru yeni il bayramı ərəfəsində: Bölgələrdə bayram kampaniyaları və qiymətlər

Hər il yeni il bayramı ərəfəsində Azərbaycanın turizm sektorunda canlanma yaşanır. Yerli turistlər bayramı bölgələrdə keçirmək üçün səfərlər planlaşdırır, xarici turistlər ölkəmizə gəlmək üçün turpaketlər alırlar.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bu il yeni il bayramı ərəfəsində turizm sektorundakı vəziyyətdən danışıb.

Daxili turistlərin sayı hər il artır

Onun sözlərinə görə, yeni il bayramı günləri qeyri-iş günləri olur və bir qədər uzun sürən dövrü əhatə edir: “Bayram ərəfəsində ölkədə turizm fəaliyyətləri canlanır. Lakin bu il ötən illə müqayisədə daxili turizm bazarında yeni təkliflər müşahidə olunmur. Demək olar ki, istehlakçı kütləsi də bir o qədər dəyişməyib. Daxili turistlərin sayı ildən-ilə artır. Bu, bir neçə amillə izah olunur. Bunlar qonşu ölkələrlə quru sərhədlərimizin bağlı olması, dünya turizm bazarlarında bahalaşma və digər səbəblərdir”.

Daha kreativ təkliflər olmalıdır

O bildirib ki, yerli turizm bazarında müxtəlif yeni il proqramları, turlar, əyləncələr təklif edilsə də, onların çeşidi məhduddur:

“Bu sahədə yeni, kreativ, daha maraqlı və təfərrüatlı təklifləri görmürük. İldən-ilə təkliflər təkrarlanır. Vətəndaşların və turizm şirkətlərinin hotellərin qiymətlərindən və təkliflərindən şikayət etdiklərini görürük. Xüsusilə bu şikayətlər bayramlar, tətillər və tədbirlər ərəfəsində üzə çıxır. Bu sahədə bəzi anlaşılmazlıqlar və boşluqlar belə şikayətlərə səbəb olur. Vətəndaşlarımızın əksəriyyəti regionlarda yüksək komfortlu, geniş infrastrukturlu, bir sıra əlavə xidmətləri təklif edən beş ulduzlu hotel və mehmanxana komplekslərində qalmağa üstünlük verirlər. Bu halda belə yerləşmə vasitələrinin qiymətlərindən razı olmurlar. Yəni, beş ulduzlu hotelin xidmətlərini üç ulduz və ya daha aşağı komfortlu hotelin qiymətlərinə almaq arzusunda olurlar. Bu isə qəribədir”.

Yerli biznesləri qorumalıyıq

S.Dübəndi yerli turizm şirkətlərinin də hotellərin onlara təklif etdikləri qiymətlərdən şikayətləndiyini qeyd edib:

“Bəzi hallarda deyirlər ki, “booking.com” və digər aqreqatorlarda qiymətlər onlara təklif ediləndən daha ucuz olur. Bəzən turizm şirkətləri xarici turizm şirkətlərinə hotellərin verdikləri qiymət təkliflərinin yerli turizm şirkətlərinə verilən qiymət təklifindən daha aşağı olduğunu deyirlər. Biz yerli bizneslərin mənafeyini qorumalıyıq. Amma bu, o demək deyil ki, xarici turizm şirkətinin yerli hotel üçün iqtisadi cəhətdən daha sərfəli təkliflərindən imtina edilməlidir. Düşünürəm ki, yerli turizm şirkətlərinin turizm fəaliyyətlərinin, potensiallarının gücləndirilməsi ilə daha ciddi məşğul olmalıyıq. Buna brendləşmə, maarifləndirmə, təlimlər, ixtisaslaşmış kreditlər, subsidiyalar, vergi imtiyazları və digər sosial-iqtisadi alətlər vasitəsilə nail olmaq mümkündür”.

Assosiasiya rəhbəri hesab efir ki, ümumilikdə turizm sənayesi pandemiyadan sonrakı dövrdə bərpa prosesini keçir: “Gəlmə turizmi üzrə ötən illə müqayisədə yüksək inkişaf dinamikası yaşanır. 2018-2022-ci illər ərzində ölkədə yerləşdirmə vasitələrinin sayı 85 müəsissə artaraq 727 çatıb”.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması yerli turistlərin regionlara daha çox üz tutmasına səbəb olur.

Ölkədə hotel qiymətləri normal səviyyədədir

Onun sözlərinə görə, son illər Azərbaycanda əlavə hotellərin tikilməsi də yerləşdirmə sahəsindəki çətinlikləri müəyyən qədər aradan qaldırıb: “Yaxın illərdə də ölkədə əlavə hotellərin tikilməsi nəzərdə tutulur. İnvestorlar bu sahəyə böyük maraq göstərir. Bu gün bölgələrdəki hotellərdə qiymətlərin normal olduğunu demək olar. Başqa ölkələrdə də əlamətdar günlərdə tələb təklifi üstələdiyi üçün kəskin qiymət artımları olur. Bizdə qiymətlər o qədər də baha deyil”. R. Quliyev bildirib ki, Quba-Qusar bölgəsində beş ulduzlu hotellərin qiyməti bir nəfər üçün 150-250 manat arasında dəyişir, dörd ulduzlu hotellərdə qiymətlər 80-150 manat, üç ulduzlu hotellərdə 40-80 manatdır. Zaqatala-Qax-Balakən bölgəsində beş ulduzlu hotellərdə bir nəfərlik otağın qiyməti 150-200 manat, dörd ulduzlu hotellərdə 50-100 manat, üç ulduzlu hotellərdə 40-60 manat arasındadır. Ekspertin sözlərinə görə, Ismayıllı-Qəbələ-Şamaxı istiqamətindəki hotellərdə digər regionlarla müqayisədə qiymət artımı bir qədər çoxdur: “Burda beş ulduzlu hotellərdə bir nəfər üçün otaq qiyməti 200-300 manat, dörd ulduzlu hotellərdə 100-200 manat, üç ulduzlu hotellərdə 70-100 manatdır. Bu qiymətlərə səhər yeməyi də daxildir”. O vurğulayıb ki, bəzi hotellər yeni il paketləri satır. Bu paketlərin qiyməti bir nəfər üçün 1 250 manatdır: “Qiymətə yeni il gecəsində şam yeməyi və üç gün ərzində səhər yeməyi daxildir. Qəbələ, İsmayıllı, Şamaxıda olan hotellərdə bu qiymət 1400-1450 manatdır”.

Rekord rəqəmlərə çata bilərik

“Hər il olduğu kimi bu il də yeni ili keçirmək üçün Azərbaycana daha çox Rusiyadan turist gələcək. Çünki orda yaşayan soydaşlarımız da bayramı keçirmək üçün vətənə üz tutur. Ərəb ölkələrindən də gələn turistlər var. Hesab edirəm ki, Azərbaycana gələn turistlərə individual yanaşma etsək, yaxın beş ildə rekord rəqəmlər əldə edəcəyik”. R. Quliyev əlavə edib ki, Azərbaycanda yeni turizm destinasiyaları yaradılıb: “İşğaldan azad edilən ərazilərimiz turizm üzrə böyük potensiala sahibdir. Bu ərazilərdə hava limanlarının fəaliyyət göstərməsi bölgəyə gələcəkdə turist axınına səbəb olacaq”.

Paylaş

Xəbər lenti

Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Dünən, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Dünən, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Dünən, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Dünən, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Dünən, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Dünən, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Dünən, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Dünən, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Dünən, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Dünən, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Dünən, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Dünən, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Dünən, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Dünən, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Dünən, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Dünən, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Dünən, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Dünən, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Dünən, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Dünən, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Dünən, 15:48 İlqarə necə arıqladığını açıqladı Dünən, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Dünən, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Dünən, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Dünən, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Dünən, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Dünən, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Dünən, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Dünən, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Dünən, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Dünən, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Dünən, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Dünən, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR