25-04-2024, 18:32 503

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB

Aprelin 25-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilmiş Ceyhun Cəlilovu Nazirlər Kabinetinin kollektivinə təqdim edib.

"Report" xəbər verir ki, F.Nəcəfli qeyd edib ki, təyin edilmiş hər hansı bir dövlət məmuru öz işinin öhdəsindən gəlməli, dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə icra etməlidir. Dövlət məmuru ətrafda ətalətin yaranmasına yol verməməli və öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir.

F.Nəcəfli bildirib ki, Nazirlər Kabinetinin vəzifəsi sosial- iqtisadi proqramların vaxtında və keyfiyyətli icra edilməsidir. Ancaq, bir çox hallarda müvafiq proqramların icrası zamanı gecikmələr yaşanırdı. Nazirlər Kabineti fəaliyyətini düzgün istiqamətdə qurmaqda çətinlik çəkirdi. Bu da Naxçıvan Muxtar Respublikasında bir sıra işlərin ləng getməsinə səbəb olurdu. Güman edirəm ki, artıq bu kimi hallar tez bir zamanda aradan qaldırılacaq, bütün gücümüzü, səylərimizi birləşdirib muxtar respublikanın inkişafına mühüm töhfələr verəcəyik.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Adıçəkilən Proqram çox əhəmiyyətli sənəddir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu Dövlət Proqramı iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan sənəddir.

F.Nəcəfli onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalayıb. Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi muxtar respublikanın tarixində mühüm hadisədir. Ümummilli Lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi hadisədir” fikirini diqqətə çatdıran səlahiyyətli nümayəndə onu da bildirib ki, addımlarımızı elə atmalıyıq ki, Prezident cənab İlham Əliyevin muxtar respublikanın inkişafı ilə bağlı verdiyi tapşırıqları vaxtında və layiqincə yerinə yetirək.

11:51

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.

Məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı və Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri vəzifəsinə Ceyhun Cəlilov təyin olunub.

Qeyd edək ki, Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.

2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2023-cü il martın 15-də Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi.

Paylaş

Xəbər lenti

CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Bu gün, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Bu gün, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Bu gün, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Bu gün, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Bu gün, 22:48 Sumqayıtda su fontan vurdu Bu gün, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Bu gün, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Bu gün, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Bu gün, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Bu gün, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Bu gün, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Bu gün, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Bu gün, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Bu gün, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Bu gün, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Bu gün, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Bu gün, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Bu gün, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Bu gün, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Bu gün, 18:48 57 yaşlı müğənni vəfat etdi Bu gün, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Bu gün, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Bu gün, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Bu gün, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Bu gün, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Bu gün, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Bu gün, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Bu gün, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Bu gün, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Bu gün, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Bu gün, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Bu gün, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Bu gün, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Bu gün, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Bu gün, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Bu gün, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Bu gün, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Bu gün, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Bu gün, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Bu gün, 14:48 Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? Bu gün, 14:48 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb Bu gün, 14:48 Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb Bu gün, 14:48 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR