26-06-2024, 14:51 543

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" və "China Henan Aviation Group" arasında "Air Cargo China 2024" sərgisində anlaşma memorandumu imzalanıb. Bu strateji tərəfdaşlıq Çjençjou ilə Bakı arasında hava yükdaşımalarının səmərəliliyini artırmaq üçün Asiya-Sakit Okean regionunu Avropa, Amerika və Afrika ilə birləşdirən möhkəm ikitərəfli hab modelini yaratmaq məqsədi daşıyır.

"Silk Way West Airlines" ilk dəfə olaraq "Air Cargo China 2024" sərgisində iştirak etməklə aviaşirkətin qlobal miqyasda fəaliyyətini genişləndirmək və yeni biznes imkanlarını kəşf etmək kimi niyyətlərini nümayiş etdirir. Bu nüfuzlu tədbirə qoşularaq "Silk Way West Airlines" Asiya bazarında mövcudluğunu gücləndirmək və beynəlxalq hava yükdaşımaları sənayesində yeni tərəfdaşlıqlar qurmaq məqsədlərini daşıyır.

"Silk Way West Airlines" on ildən artıqdır ki, Çin bazarında uğurla fəaliyyət göstərir, xidmətlərini davamlı olaraq genişləndirir və şəbəkəsini gücləndirir. China Henan Aviation Group ilə memorandum şirkətin inkişaf yolunda önəmli nailiyyət olaraq əlaqələrin gücləndirilməsini və yeni fürsətlərin yaradılmasını vəd edir.

Bu əməkdaşlıq strateji məkanlar, geniş marşrut şəbəkəsi və müxtəlif qiymətli resurslar daxil olmaqla hər iki tərəfin üstünlüklərindən yararlanmaq fürsəti yaradacaq. "Silk Way West Airlines" və "China Henan Aviation Group" birgə addımlar əsasında Çjençjou və Bakı arasında yükdaşıma marşrutlarının tezliyini əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyirlər. Bu təşəbbüs nəticəsində Çjençjou Asiya-Sakit Okean regionunun, Bakı isə Avropa, Amerika, Afrika və digər regionların mərkəzi hab mövqelərini tutacaqlar.

"Silk Way West Airlines"ın Asiya-Sakit Okean regionu üzrə vitse-prezidenti Cenni Cao bildirib: "Biz "China Henan Aviation Group" ilə tərəfdaşlıq etməkdən məmnunuq. Bu əməkdaşlıq bizim Çjençjouda ötürmə qabiliyyətimizi və yükdaşıma həcmimizi artıracaq, rahat və səmərəli yerüstü dəstəyi təmin edəcək. Bu, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, "Silk Way West Airlines" 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Paylaş

Xəbər lenti

Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı Bu gün, 22:48 Moka Land-da 21–24 sentyabr kampaniyası: 2-ci uşağa 50% endirim Bu gün, 22:48 Yaponiyada dünyada ilk: Robotlar üçün xüsusi "təcili yardım" yaradıldı Bu gün, 22:48 Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib Bu gün, 22:48 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı Bu gün, 21:48 Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu Bu gün, 21:48 "Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü Bu gün, 21:48 Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq Bu gün, 21:48 Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir" Bu gün, 20:48 Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb Bu gün, 20:48 Bu qəsəbədə təmir işləri aparılacaq Bu gün, 20:48 Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub Bu gün, 20:48 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır" Bu gün, 19:48 İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır Bu gün, 19:48 Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb Bu gün, 19:48 Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib Bu gün, 19:48 Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Bu gün, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Bu gün, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Bu gün, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Bu gün, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Bu gün, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Bu gün, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Bu gün, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Bu gün, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Bu gün, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Bu gün, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Bu gün, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR