16-09-2022, 11:00 801

Bu il Azərbaycanda narkotikə görə 7440 cinayət faktı aşkarlanıb

2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7440 cinayət faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan "AVESTA.AZ"a bildirilib ki, onlardan 2604-ü narkotik vasitələrin qanunsuz satışı, 4412-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 352-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 72-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş4 ton 410 kq 440,04 qr və32762 həb narkotik vasitələrin və psixotrop maddələrin1 ton 886 kq 460,352 qr-nı heroin, 1 ton 474 kq 985,454 qr-nı marixuana,251 kq 886,831qr-nı tiryək,27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 32238 həb metadon, 129 kq 282,257 qr-nı digər narkotik vasitələr və639 kq 779,152 qr və 524 ədəd həbpsixotrop maddələr təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 1 kq 764 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 79298 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5412 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 60 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilən 60 xarici ölkə vətəndaşından 27-si İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 986 kq 995,565 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 006 kq 186,182 qr və 7952 ədəd kapsul və 2208 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,163 hektar sahədən çəkisi 159 ton 892 kq olan 336284 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən götürülən 4 ton 410 kq 440,04 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri154 milyon 775 000 AZN (91 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

"Təhlil göstərir ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1477, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 423, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1036, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 24 fakt artıb.

Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 21 kq 464 qr azalmış, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1716 nəfər artıb.

Müvafiq dövr ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 58712 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2063 nəfərindən 1490-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

“802” qaynar xətt telefon zəng xidmətinə 1403 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 168-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 586-ı narkotik asılılıqdan müalicə, 649-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 754 məktub ünvanlanıb.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib", - məlumatda qeyd edilib

Paylaş

Xəbər lenti

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası Bu gün, 00:48 2027-ci ildə dünyanı nələr gözləyir? - Ekstrasenslərin proqnozları, alimlərin gözləntiləri Bu gün, 00:48 Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb" Dünən, 23:48 Leyla Əliyeva "Sayrışan simvollar" adlı sərgidən paylaşım edib Dünən, 23:48 Şəhid anası qəzada həlak oldu Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Azərbaycanlı izlərinin silindiyi Saral kəndi Dünən, 23:48 Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub Dünən, 23:48 "Binance" hakerlərin 6 mlrd dollarlıq kriptovalyuta oğurluğu sxeminin detallarını açıqlayıb Dünən, 23:48 Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı Dünən, 23:48 Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Dünən, 22:48 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı Dünən, 22:48 Autizmli şəxslərdə parkinsonizm riski daha yüksəkdir - ARAŞDIRMA Dünən, 22:48 İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı Dünən, 22:48 ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib Dünən, 21:48 Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib Dünən, 21:48 İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb Dünən, 21:48 ABŞ İrana nüvə zərbəsi endirəcək? Dünən, 21:48 İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır" Dünən, 21:48 Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı Dünən, 21:48 Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər Dünən, 20:48 İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar Dünən, 20:48 Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar Dünən, 20:48 Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb Dünən, 19:48 AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir Dünən, 19:48 Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır Dünən, 19:48 Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır Dünən, 19:48 Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib? Dünən, 19:48 2027-ci ilsə öz yarını tapacaq 5 BÜRC Dünən, 18:48 Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI Dünən, 18:48 20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!" Dünən, 18:48 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Dünən, 18:48 Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı Dünən, 18:48 Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var Dünən, 18:48 Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü Dünən, 18:48 Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı Dünən, 17:48 SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb Dünən, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 17:48 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi Dünən, 17:48 Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib Dünən, 17:48 Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir" Dünən, 17:48 Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat Dünən, 17:48 Bakıda qadın "TikTok"da canlı yayımda öldü Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI Dünən, 17:48 "Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı Dünən, 17:48 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Dünən, 17:48 "Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Dünən, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR