
Bakının Xətai rayonunda 34 yaşlı kişini avtomobil vurub.
"Report"un məlumatına görə, 1988-ci il təvəllüdlü Məhərrəmov Aydın Şərif oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.