31-10-2024, 19:37 689

Noyabrın 4-dən bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

Marşrutlar üzrə edilən dəyişikliklər:

- 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;

- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM ("Piramida" tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;

- 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;

- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM ("Piramida" tərəf) təyin edilmişdir;

- 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;

- 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;

- 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilmişdir;

- 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilmişdir;

- 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;

- 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək.

H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.

Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.

Paylaş

Xəbər lenti

Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Bu gün, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Bu gün, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Bu gün, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Bu gün, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Bu gün, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Bu gün, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Bu gün, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Bu gün, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Bu gün, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Bu gün, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Bu gün, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Bu gün, 18:48 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı Bu gün, 18:48 Kişi fanatının bu addımı müğənnini şoka saldı Bu gün, 18:48 Fəxri idman işçisi vəfat etdi Bu gün, 18:48 Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb Bu gün, 18:48 Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı Bu gün, 18:48 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq Bu gün, 17:48 David De Xea "Fiorentina"dan ayrıla bilər Bu gün, 17:48 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir Bu gün, 17:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib Bu gün, 17:48 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü Bu gün, 17:48 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Bu gün, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Bu gün, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Bu gün, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Bu gün, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Bu gün, 16:48 Bəzi hərbçilər cərimələnəcəklər Bu gün, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Bu gün, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Bu gün, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Bu gün, 15:48 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü Bu gün, 15:48 "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Bu gün, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Bu gün, 14:49 Maştağada avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 14:49 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək Bu gün, 14:48 Xalq artisti Röya Ayxandan qeyri-adi obraz... Bu gün, 14:48 Tennis üzrə ölkə birinciliyinə yekun vurulub! Bu gün, 14:48 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir" Bu gün, 14:48 Flora Kərimova oğlu və qızı ilə Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Bu gün, 14:48 Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi Bu gün, 14:48 Noyabrın ilk günü hava necə olacaq? Bu gün, 13:48 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Bu gün, 13:48 Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında Bu gün, 13:48 ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır Bu gün, 13:48 Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR