27-09-2022, 15:38 786

Rusiya vətəndaşlarının Bakıya axını hotel qiymətlərinə təsir edibmi?

Rusiyada qismən səfərbərlik elan olunandan sonra xarici ölkələrə axın edən Rusiya vətəndaşları arasında Azərbaycanı seçənlər də var. Doğrudur, ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan, Rusiyadan Azərbaycana əsasən hava yolu ilə gəlirlər. Artıq paytaxt Bakıda tez-tez Rusiya vətəndaşlarına rast gəlmək olur. Bəs bu şəxslər hansı məkanlarda yaşamağa üstünlük verirlər? Hazırda paytaxt Bakıda olan hotellərin bir çoxunun Rusiya vətəndaşları tərəfindən bron edilməsi ilə bağlı xəbərlər yayılır.

Hotellər bu axının öhdəsindən hansı səviyyədə gələ biləcəklər?

“AVESTA.AZ”a mövzu ilə əlaqədar açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu faktı təsdiqləyib:

“Rusiyada qismən səfərbərliyin elan edilməsi ilə və ümumiyyətlə, münaqişə ilə əlaqədar olaraq bu ölkədən xaricə vətəndaşların axını müşahidə edilir. Əsasən Rusiyanın vizasız rejimi olan ölkələrə vətəndaşlar daha çox üz tuturlar. Səbəblər müxtəlifdir - kimsə çağırışdan boyun qaçırır, özünü pasifist hesab edir, kimsə sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq biznesini digər ölkəyə köçürür, digərləri gələcəyə inamlarını itirdiyindən ölkədən çıxmaq istəyirlər və s.

Azərbaycana da Rusiya vətəndaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın axını müşahidə olunur.

Bununla əlaqədar hava nəqliyyatında qiymət artımı baş versə də, hotellərin qiymətlərində hələ ki, artım müşahidə edilmir. Yalnız icarəyə verilən mənzil fondunun aktivləşməsi baş verib, təklif olunan mənzillər bir qədər bahalaşıb".

S.Dübəndi hazırda yaşananların turizm sektoruna təsiri haqqında da fikrini bildirib:

“Düşünürəm ki, hazırda bu amil turizmə müsbət təsir göstərməyəcək. Yalnız tədricən ölkədə Rusiya diasporu artacaq, rusiyalılar ölkəmizi daha da yaxından tanıyacaqlar. Bununla əlaqədar ölkəyə köçən insanların yanına, onların tövsiyələri ilə gələnlərin sayı artacaq. Bütün bunların baş verməsi iqtisadi-siyasi amillərdən, ölkələr arasındakı gələcək əlaqələrdən və burada qonaqlara göstərilən münasibətdən asılı olacaq.

Qeyd etmək istərdim ki, Azərbaycan üçün gəlmə turizmində hədəf ölkələr sırasında Rusiya da yer tutur, amma bu ölkədə son dövrlərdə sistemli işlər zəif olub. Bunun da müxtəlif səbəbləri var.

Hesab edirəm ki, hazırda baş verənlərin turizm sektoruna aidiyyəti yoxdur, amma ölkəyə gələn, burada özünə müvəqqəti və yaxud daimi yaşayış imkanları, iş, biznes və sair şəraitləri araşdıranlarda, qismən də olsa, ölkə ərazisində turizm xidmətlərindən istifadə edənlərdə olacaq”.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70 % çoxdur.

Paylaş

Xəbər lenti

Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Dünən, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Dünən, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Dünən, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Dünən, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Dünən, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Dünən, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Dünən, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Dünən, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Dünən, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Dünən, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Dünən, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Dünən, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Dünən, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Dünən, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Dünən, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Dünən, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Dünən, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Dünən, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Dünən, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Dünən, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Dünən, 15:48 İlqarə necə arıqladığını açıqladı Dünən, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Dünən, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Dünən, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Dünən, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Dünən, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Dünən, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Dünən, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Dünən, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Dünən, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Dünən, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Dünən, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Dünən, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR