5-12-2024, 13:38 578

ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb

Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2 %, 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.

Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib.

Hesabata əsasən, 2024-cü ilin üçüncü rübündə ÜDM artımı 5,4 %, dördüncü rübdə 3 % proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 % təşkil edəcəyi proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % artıb.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 %, 2028-ci ildə 3,3 % səviyyəsində gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 3,2 %, 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 3,2 %, 2025-ci ildə 2,5 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2024-cü ildə iqtisadi artım proqnozunu 2,7 %, gələn ildə isə 2,6 % səviyyəsində proqnozlaşdırılır.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.

“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliy ölkə iqtisadiyyatının bu il 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağını proqnozlaşdırılır.

Paylaş

Xəbər lenti

Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48 Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı Bu gün, 14:48 Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı Bu gün, 14:48 Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü Bu gün, 14:48 "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı Bu gün, 14:48 Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI Bu gün, 14:48 Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir Bu gün, 14:48 Koxalski "Qarabağ"dan getdi - RƏSMİ Bu gün, 14:48 Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb Bu gün, 14:48 Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB Bu gün, 14:48 TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib Bu gün, 14:48 Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır Bu gün, 13:48 Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Azərbaycanda qızlar riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir - Nazir Bu gün, 13:48 9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI Bu gün, 13:48 Rusiyada poçt əməkdaşlarına antidron silahları veriləcək Bu gün, 13:48 Azərbaycanda xəstəliklərin aşkarlanmasında süni intellektdən istifadə ediləcək? Bu gün, 13:48 Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq Bu gün, 13:48 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir Bu gün, 12:48 Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI Bu gün, 12:48 Azərbaycan riyazi savadlılıq üzrə PISA-da 49-cu yerdədir Bu gün, 12:48 Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır Bu gün, 12:48 İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 Azərbaycan təbiət elmlərinə görə 91 ölkə üzrə 69-cu yerdədir Bu gün, 12:48 ADSEA: Azərbaycanda daşqın hallarının sayı son illərdə 10-15 dəfə artıb Bu gün, 12:48 Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib Bu gün, 12:48 Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı Bu gün, 12:48 "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq Bu gün, 12:48 Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur Bu gün, 12:48 Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır" Bu gün, 11:49 Tbilisi-Bakı qatarı 24 yaşlı kişini vuraraq öldürdü Bu gün, 11:49 Birinci sinfə qəbul olanların sayı son bir ildə AZALIB - RƏSMİ Bu gün, 11:49 Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir Bu gün, 11:48 Xəstəxanalarda növbələrlə bağlı AÇIQLAMA - GENİŞLƏNDİRİLƏCƏK Bu gün, 11:48 Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş Bu gün, 11:48 UN-Habitat: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi infrastruktur və iqtisadi risklər yarada bilər Bu gün, 11:48 BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı Bu gün, 11:48 Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi: Son 11 il ən isti dövr olub Bu gün, 11:48 Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ Bu gün, 11:48 Nazir: "Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil" Bu gün, 11:48 Neftimizin qiyməti 107 dolları keçib Bu gün, 10:48 Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var Bu gün, 10:48 Xalq artisti Habil Əliyevin vəfatından 11 il ötür Bu gün, 10:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - SƏBƏB açıqlandı Bu gün, 10:48 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu kolleclərə direktor müavini təyin edildi Bu gün, 10:48 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər" Bu gün, 10:48 Küləkli havada 4 nəfər xəsarət alıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR