3-10-2022, 21:12 729

Nazir: “İşğaldan azad edilmiş ərazilərimizdə BOEM-in inkişafı istiqamətində işlər aparılır”

“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı istiqamətində işlər aparılır ki, bu da gələcəkdə onun Avropaya ixracından danışmağa imkan verəcək”.

“AVESTA.AZ” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov hər il oktyabrın 3-də qeyd olunan və Almaniyanın milli bayramı olan Almaniya Birliyi Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya ilə əlaqələrə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın mühüm iqtisadi tərəfdaşıdır: “Belə ki, bu ilin 8 ayında ölkələr arasında ticarət dövriyyəsi 170 milyon ABŞ dollarına çatıb. Bundan başqa, Azərbaycan və Almaniya enerji sahəsində mühüm tərəfdaşlardır. Məsələn, Aİ Cənub qaz dəhlizinin (CQD) həyata keçirilməsini həmişə dəstəkləyib”.

Öz növbəsində, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bu il Almaniyanın Birlik Gününün 32-ci ildönümünün qeyd olunduğunu bildirərək Almaniyanın uzun müddətdən sonra yenidən birləşmək baxımından şanslı olduğunu vurğulayıb.

“Almaniya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edir və bu müddətdə ölkələrimiz arasında əlaqələrin necə inkişaf etdiyini görmək sevindirici haldır”. O əlavə edib ki, yaxın illərdə ölkələrimiz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə qadirdir.

R.Horleman pandemiya səbəbindən son 3 ildə belə tədbirlərin keçirilməsinin qeyri-mümkün olduğunu da qeyd edib və əlavə edib ki, o, Azərbaycanda yeni səfir kimi ilk dəfədir bu günü qeyd edir.

Paylaş

Xəbər lenti

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub Bu gün, 09:48 Avropa Liqasında böyük futbol gecəsi: "Beşiktaş", "Yuventus" və "Kristal Pelas" meydana çıxır Bu gün, 09:48 87 yaşlı Əməkdar incəsənət xadimi vəfat etdi Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar Bu gün, 09:48 Lionel Messi karyerasında 49-cu titulunu qazanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 122 dollara düşüb Bu gün, 09:48 Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb Bu gün, 09:48 Bakının 17 istiqamətində tıxac yaranıb Bu gün, 08:48 FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb Bu gün, 08:48 Bu ərazilərdə işıq kəsiləcək Bu gün, 00:48 "TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA Dünən, 23:48 Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək Dünən, 23:48 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır Dünən, 23:48 Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü Dünən, 23:48 "Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib? Dünən, 23:48 Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək Dünən, 23:48 Azərbaycan ümumi dövlət xidmətləri xərclərini cüzi azaldır Dünən, 22:48 Azərbaycan səhiyyə xərclərini 3 % artırır Dünən, 22:48 Azərbaycan mədəniyyət xərclərini 2 % artırır Dünən, 22:48 Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir Dünən, 22:48 Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq? Dünən, 21:48 Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər Dünən, 21:48 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır Dünən, 21:48 Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb Dünən, 21:48 Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır Dünən, 21:48 Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır Dünən, 21:48 AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək Dünən, 20:48 Əli Nağıyev Qazaxıstana səfər edib Dünən, 20:48 BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb Dünən, 20:48 2027-ci ildə ABŞ dolları neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA Dünən, 20:48 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Dünən, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Dünən, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Dünən, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Dünən, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Dünən, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Dünən, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Dünən, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Dünən, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Dünən, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Dünən, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Dünən, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Dünən, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Dünən, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Dünən, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Dünən, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Dünən, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR