5-10-2022, 11:55 595

"Bu gün Xocavəndin Edilli kəndində aşkarlanmış məzarlıqdakı dəhşətli mənzərə mənim üçün təəccüblü deyil. Bu məzarlıqlar erməni cinayətlərinin növbəti sübutudur".

Bu fikirləri “AVESTA.AZ”a açıqlamasında “Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib.

Ermənilərin bizim əsir-girovlara qarşı tətbiq etdikləri işgəncələrin tədqiqinə dair 30 elmi məqalənin müəllifi olan QHT sədri ehtimal edir ki, Edillidə aşkarlanmış məzarlıq sonuncu olmayacaq:

"44 günlük Vətən müharibəsindən sonra ərazilərimiz işğaldan azad edildi. Bundan sonra bir çox bölgələrdə kütləvi məzarlıqlar aşkar edildi ki, həmin məzarlıqlardan biri də Xocavəndin Edilli kəndində aşkarlanmış məzarlıqdır. Bundan əvvəl 2021-ci ilin fevral ayının 17-dən bu ilin aprel ayının 3-dək işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən əsir-girovlara aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Mənim fikrimcə, bu, sonuncu məzarlıq deyil".

Esmira Orucova
Esmira Orucova

E.Orucova bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən müharibə dövründə işğal olunmuş ərazilərimizdə azərbaycanlı əsir və girovların məqsədli şəkildə öldürülərək kütləvi şəkildə dəfn edilməsi faktları mövcuddur. Halbuki III Cenevrə Konvensiyasının 120-ci, IV Cenevrə Konvensiyasının 130-cu maddələri əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir:

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmamış, əksinə onlar girov götürülmüş və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib. Bu məzarlıqlar da həmin cinayətlərə sübutdur.

Əsirlikdən azad edilmiş ictimai birliyimizin üzvlərinin dediklərinə görə ermənilər onları soyuq qış aylarında suyun içində, ac-susuz saxlayıblar. Onları hər gün kənardan gələn mülki ermənilərə armatur parçaları, bel sapı, rezin dəyənək, uzunboğaz çəkmə ilə huşlarını itirənə qədər döyüblər. Ac saxladıqları itləri əsirlərin üzərinə atıb, onları parçalamaqlarını xüsusi amansızlıqla seyr ediblər. Xof yaratmaq məqsədi ilə döyüş yoldaşlarının gözləri qarşısında ermənilərə müqavimət göstərən əsirlərin başlarını kötüyün üstünə qoyub, baltalayıblar. Belə hallarda boyunları vurulan yoldaşlarının qanı ətrafa fısqıraraq, əsirlərin üz-gözünə bulaşırmış. Ermənilər kəsilən başları torbalara doldurub, İrəvana aparıblar".

E.Orucova söyləyib ki, Birinci Qarabağ müharibəsi zamanı erməni əsir və girovluğunda “müharibə hüququ” adlanan beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş Azərbaycan Respublikası vətəndaşlarının əsarətdə üzləşdikləri işgəncə və qeyri-insani rəftar nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini belə itirib. Müəyyən hissəsi ruhi xəstə vəziyyətində yaşamağa məhkum olunublar:

"Hələ 1863-cü ildə ABŞ prezidenti Avraam Linkolnun göstərişi ilə tərtib olunan məşhur Liber məcəlləsinin 56-cı maddəsi hərbi əsirlərlə hörmətlə rəftar edilməsini tələb edir: “Heç bir hərbi əsir düşmən dövlətə mənsub olduğuna görə hər hansı cəzaya məruz qala bilməz, ona qarşı heç bir qisasçılıq hərəkəti, o cümlədən iztirabların və ya şərəfsizliyin qəsdən törədilməsi, amansız dustaqetmə, qidadan məhrumetmə, xəsarətlərin yetirilməsi, öldürmə və ya digər qeyri-insani hərəkətlər yönəldilə bilməz. “Müharibə hüququ” adlanan beynəlxalq humanitar hüquq 12 avqust 1949-cu il tarixli “Hərbi Əsirlər ilə Rəftar Haqqında” Cenevrə Konvensiyasının II bölməsinin 13-cü maddəsi də hərbi əsirlərlə hər zaman humanistcəsinə rəftar edilməsini tələb edir, 130-cu maddəsinə görə isə işgəncə və digər amansız rəftarı hərbi cinayət hesab edilir.

Ermənistan silahlı qüvvələri, muzdlu və terrorçu qruplarının köməyi ilə işğal olunmuş ərazilərimizdə irəlilədikcə nəinki Cenevrə Konvensiyalarının tələblərinə, qəbul olunmuş digər müvafiq beynəlxalq sənədlərə məhəl qoymadan, soyqırım, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətini genişləndirib.

“Hərbi Əsirlər ilə Rəftar Haqqında” III Cenevrə Konvensiyasının müddəalarından irəli gələn normalara riayət etməyən erməni tərəfi əsirlərə qarşı orta əsrlərə məxsus ən qəddar və ağlasığmaz işgəncələr verib, onlara qarşı təhqiredici və alçaldıcı hərəkətlər tətbiq ediblər".

Paylaş

Xəbər lenti

Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı Bu gün, 22:48 Moka Land-da 21–24 sentyabr kampaniyası: 2-ci uşağa 50% endirim Bu gün, 22:48 Yaponiyada dünyada ilk: Robotlar üçün xüsusi "təcili yardım" yaradıldı Bu gün, 22:48 Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib Bu gün, 22:48 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı Bu gün, 21:48 Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu Bu gün, 21:48 "Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü Bu gün, 21:48 Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq Bu gün, 21:48 Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir" Bu gün, 20:48 Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb Bu gün, 20:48 Bu qəsəbədə təmir işləri aparılacaq Bu gün, 20:48 Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub Bu gün, 20:48 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır" Bu gün, 19:48 İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır Bu gün, 19:48 Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb Bu gün, 19:48 Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib Bu gün, 19:48 Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Bu gün, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Bu gün, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Bu gün, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Bu gün, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Bu gün, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Bu gün, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Bu gün, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Bu gün, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Bu gün, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Bu gün, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Bu gün, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR