17-01-2025, 11:49 354

Azərbaycan və Rumıniya klublarının 9-cu dueli: 8 oyunda 1 qələbə - ARAŞDIRMA

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - FCSB oyunu Azərbaycan və Rumıniya təmsilçilərinin avrokuboklardakı 9-cu matçı olacaq.

"Report"un məlumatına görə, ilk belə qarşılaşma 1998-ci ilə təsadüf edib.

"Dinamo" (Bakı) komandası UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində "Arceş" (Piteşti") ilə üz-üzə gəlib. Səfərdə baş tutan qarşılaşmada rumınlar 5:1 hesabı ilə qalib gəliblər. Bakıdakı görüşdə də rəqib sevinən tərəf olub - 2:0.

10 il sonra, 2008-ci ildə "Neftçi" eyni turnirin III təsnifat mərhələsində "Vasluy"la qarşılaşıb. Doğma meydanda qələbə qazanan (2:1) ağ-qaralar Rumıniyada lazımi nəticəni əldə edə bilməyib - 0:2.

2017-ci ildə "Zirə" Avropa Liqasının II təsnifat mərhələsində "Astra" ilə münasibətlərə aydınlıq gətirib. Səfərdə 1:3 hesabı ilə uduzan "qartallar" Bakıda qolsuz heç-heçəyə razılaşıb.

Nəhayət, 2019-cu ildə "Səbail" bu turnirin I təsnifat mərhələsində “Universitatya" (Krayova) ilə üz-üzə gəlib. "Dənizçilər" hər iki görüşdə 2:3 hesabı ilə məğlub olub.

Beləliklə, yalnız bir görüşdə qalib gələn Azərbaycan klubları bu matçlarda qapılarında 19 qol görüb və yalnız 8 dəfə rəqib qapılarına yol tapıblar.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Paylaş

Xəbər lenti

Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır Bu gün, 13:48 Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Azərbaycanda qızlar riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir - Nazir Bu gün, 13:48 9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI Bu gün, 13:48 Rusiyada poçt əməkdaşlarına antidron silahları veriləcək Bu gün, 13:48 Azərbaycanda xəstəliklərin aşkarlanmasında süni intellektdən istifadə ediləcək? Bu gün, 13:48 Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq Bu gün, 13:48 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir Bu gün, 12:48 Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI Bu gün, 12:48 Azərbaycan riyazi savadlılıq üzrə PISA-da 49-cu yerdədir Bu gün, 12:48 Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır Bu gün, 12:48 İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 Azərbaycan təbiət elmlərinə görə 91 ölkə üzrə 69-cu yerdədir Bu gün, 12:48 ADSEA: Azərbaycanda daşqın hallarının sayı son illərdə 10-15 dəfə artıb Bu gün, 12:48 Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib Bu gün, 12:48 Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı Bu gün, 12:48 "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq Bu gün, 12:48 Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur Bu gün, 12:48 Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır" Bu gün, 11:49 Tbilisi-Bakı qatarı 24 yaşlı kişini vuraraq öldürdü Bu gün, 11:49 Birinci sinfə qəbul olanların sayı son bir ildə AZALIB - RƏSMİ Bu gün, 11:49 Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir Bu gün, 11:48 Xəstəxanalarda növbələrlə bağlı AÇIQLAMA - GENİŞLƏNDİRİLƏCƏK Bu gün, 11:48 Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş Bu gün, 11:48 UN-Habitat: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi infrastruktur və iqtisadi risklər yarada bilər Bu gün, 11:48 BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı Bu gün, 11:48 Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi: Son 11 il ən isti dövr olub Bu gün, 11:48 Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ Bu gün, 11:48 Nazir: "Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil" Bu gün, 11:48 Neftimizin qiyməti 107 dolları keçib Bu gün, 10:48 Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var Bu gün, 10:48 Xalq artisti Habil Əliyevin vəfatından 11 il ötür Bu gün, 10:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - SƏBƏB açıqlandı Bu gün, 10:48 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Bu kolleclərə direktor müavini təyin edildi Bu gün, 10:48 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər" Bu gün, 10:48 Küləkli havada 4 nəfər xəsarət alıb Bu gün, 10:48 Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı Bu gün, 10:48 "Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir Bu gün, 10:48 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər Bu gün, 09:48 Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb Bu gün, 09:48 Yağış Bakı yollarını iflic etdi: Küçələr keçilməz hala düşdü Bu gün, 09:48 Bu gün Bakıda bu rayonlarda QAZ OLMAYACAQ Bu gün, 09:48 Mehriban Xanlarova: "Deyirlər, TikTok-da oturub pul yığır" Bu gün, 09:48 Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb Bu gün, 09:48 Bakıda qızını bıçaqlayan 69 yaşlı qadına şərti cəza verildi Bu gün, 09:48 Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ Bu gün, 08:48 Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR