18-02-2025, 17:55 406

Çakarova:

Azərbaycan dəyişən qlobal mənzərədə enerji sahəsində ABŞ-nin əsas tərəfdaşlarından biridir.

Bunu “AVESTA.AZ”a eksklüziv müsahibəsində Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun (AIES) keçmiş direktoru, geosiyasi ekspert Velina Çakarova bildirib.

O vurğulayıb ki, Azərbaycanın neft hasilatını artırmaqla bağlı planları daha geniş geosiyasi maraqlara, xüsusilə ABŞ-nin maraqlarına uyğundur. Dünyada qalıq yanacağa tələbatın artması şəraitində Vaşinqton Bakını enerji təhlükəsizliyini təmin edən mühüm təchizatçı hesab edir.

"ABŞ administrasiyası enerji istehsalına ekspansionist yanaşmanın tərəfdarıdır və Azərbaycan bu strategiya ilə mükəmməl uyğunluq təşkil edir. Neft hasilatının artırılması təkcə Azərbaycanın iqtisadi mövqeyini gücləndirməyəcək, həm də kənar təsirlərdən yan keçməklə təchizat marşrutlarının şaxələndirilməsini təmin edərək ABŞ-nin maraqlarına xidmət edəcək", - V.Çakarova bildirib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan enerji sahəsində həm Avropa İttifaqının, həm də ABŞ-nin əsas tərəfdaşı olmaq üçün əlverişli mövqedədir. Rusiyanın enerji sahəsində dominantlığının zəifləməsi fonunda Bakının 2027-ci ilədək Avropaya qaz ixracını ildə 20 milyard kubmetrə çatdırmaq istəyi ölkəni Aİ-nin enerji təhlükəsizliyi strategiyasının mərkəzinə qoyur.

"Cənub Qaz Dəhlizi, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri, həmçinin Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri enerji marşrutlarının şaxələndirilməsi məsələsində dönüş nöqtəsidir. Bu infrastruktur təkcə Avropanın enerji təhlükəsizliyini gücləndirmir, həm də Azərbaycanın geosiyasi təsirini artırır", - ekspert vurğulayıb.

Onun fikrincə, Azərbaycanın BP də daxil olmaqla dünyanın ən böyük enerji şirkətləri ilə əməkdaşlığı, eləcə də Türkiyə və İsraillə strateji tərəfdaşlığı onun enerji resurslarının şaxələndirilməsi istiqamətində qlobal səylərdəki rolunu gücləndirir.

"Azərbaycan İsrailin neftə olan tələbatının 40 %-ni təmin edir və BP ilə qaz kəşfiyyatına dair saziş imzalayıb ki, bu da onun qlobal enerji keçidindəki mövqeyini daha da möhkəmləndirir", - V.Çakarova əlavə edib.

Azərbaycan enerji ilə yanaşı, dünya ticarətində və əlaqənin təmin edilməsində də mühüm rol oynayır. Orta Dəhliz və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji tranzit qovşağı kimi mövqeyini gücləndirir.

"Azərbaycan hökuməti Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla əsas nəqliyyat və logistika infrastrukturuna sərmayə qoymaqla strateji baxış nümayiş etdirir. Bu təşəbbüslər Azərbaycanın iqtisadi dayanıqlılığını artırmaqla yanaşı, həm də daha geniş məqsədə - regional sabitliyin təmin edilməsinə xidmət edir", - V.Çakarova izah edib.

Qərblə əlaqələri gücləndirməyə davam edən Azərbaycan eyni zamanda regional təhlükəsizlik sahəsində çağırışlarla uğurla mübarizə aparır. O qeyd edib ki, ölkə onun suverenliyinə təhdid yaradan xarici təsirlə mübarizə istiqamətində qətiyyətli addımlar atır. Bu yaxınlarda Bakıda "Rus evi"nin bağlanması Azərbaycanın öz milli maraqlarını qorumaq əzmində olduğunu təsdiqləyir.

Ekspert həmçinin Azərbaycanın xüsusilə enerji və maliyyə sektorlarında kritik infrastrukturun qorunması üçün kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

"Azərbaycan onun strateji nailiyyətlərinə xələl gətirə biləcək hibrid təhdidlərə, o cümlədən dezinformasiya kampaniyaları və kiberhücumlara qarşı sayıqlığını qorumalıdır", - o vurğulayıb.

V.Çakarovanın fikrincə, qlobal geosiyasi və iqtisadi vəziyyətin dəyişməsi fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı və strateji regional oyunçu kimi özünü təsdiqləməyə davam edir. İnfrastruktura sərmayə qoyuluşunun həcminin artması, fəal diplomatik fəaliyyət və regional sabitliyə sadiqlik sayəsində Bakı dünya arenasında mövqeyini gücləndirərək gələcəyi formalaşdırır.

Paylaş

Xəbər lenti

Xalq artisti Tofiq Bakıxanov dəfn olunub Bu gün, 14:48 Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib Bu gün, 14:48 Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram Bu gün, 14:48 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ Bu gün, 14:48 Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb Bu gün, 14:48 Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb Bu gün, 14:48 Bakı–Ağstafa qatarlarında yenilik Bu gün, 14:48 Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir" Bu gün, 14:48 7/24 hərəkətdə olan Jeacoo J8 artıq 19 900 km qət edib! Bu gün, 13:48 Adil Kərimli: "Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib" Bu gün, 13:48 Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi başa çatıb Bu gün, 13:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələr 17 milyon manatdan çox rüsumdan azadolma əldə edib Bu gün, 13:48 "Qarabağ" "Tvente" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib Bu gün, 13:48 Mərhum Xalq artistinin abidəsi adi olmayacaq Bu gün, 13:48 Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub Bu gün, 13:48 DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb Bu gün, 13:48 Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir? Bu gün, 12:48 İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü Bu gün, 12:48 Xalq artistinin oğlu: Tofiq Bakıxanov Azərbaycan musiqisinin ən fəal təbliğatçılarından biri idi Bu gün, 12:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA Bu gün, 12:48 DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Bu gün, 12:48 Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var Bu gün, 12:48 Azərbaycanda unikal hadisə: iki sinifin bütün şagirdləri universitetə qəbul oldu Bu gün, 12:48 Xocavənd rayonuna daha 43 ailə yola salınıb Bu gün, 12:48 Sabah Bakıda güclü külək əsəcək Bu gün, 12:48 Azərbaycanda bu pulu 250 manata alırlar Bu gün, 12:48 Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi Bu gün, 11:51 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 11:51 Bakıda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı boğularaq ölüb Bu gün, 11:50 Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər Bu gün, 11:50 Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı Bu gün, 11:50 Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir Bu gün, 11:50 "Yuventus"un futbolçusu Kənan Yıldız ağır zədə alıb Bu gün, 11:49 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi Bu gün, 11:48 İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib Bu gün, 11:48 Bakı metrosunun iş rejimi dəyişdiriləcək Bu gün, 11:48 Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar Bu gün, 11:48 Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb Bu gün, 10:48 AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında daha iki qarşılaşma keçiriləcək Bu gün, 10:48 BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub Bu gün, 10:48 Bakıda piyada keçidində maşınla vurulan kişi öldü Bu gün, 10:48 Müzəffər Komilov: Özbəkistan İslam sivilizasiyası irsini qoruyub saxlamağa və təbliğ etməyə çalışır Bu gün, 10:48 "Euronews"un rəhbəri jurnalistləri beynəlxalq əməkdaşlığa çağırıb Bu gün, 10:48 KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Bu gün, 10:48 Bakıda blokdan 650 manatlıq velosiped oğurlayan şəxs saxlanıldı Bu gün, 10:48 Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir Bu gün, 09:48 Avtobus yanacaq daşıyan maşınla toqquşdu: 35 YARALI VAR Bu gün, 09:48 Sabunçunun bəzi ərazilərində qaz olmayacaq Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR