
Kazanda avtomobil və avtobusun iştirakı ilə baş verən qəzanın yeni görüntüləri yayılıb.
AVESTA.AZ Rusiya KİV-ə istinadən xəbər verir ki, görüntülərdə xərəkdə uzanan insanlar, təcili yardım işçiləri və yanğınsöndürmə xidməti maşını görünür. Hüquq-mühafizə orqanları da hadisə yerindədir.
İlkin məlumatlara görə, minik avtomobili avtobus dayanacağına çırpılaraq avtobusa dəyib.
Tatarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, qəza nəticəsində azı 11 nəfər, o cümlədən 12 yaşlı uşaq xəsarət alıb. Yaralılardan 9-u tibb müəssisəsinə aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.